Aİ nin Azərbaycanda mina əməliyyatlarına dəstəyi builki yardımla birlikdə 23 milyon avroya çatacaq
Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.
Azərbaycanda mina əməliyyatlarına Avropa İttifaqının (Aİ) dəstəyi builki yardımla birlikdə ümumilikdə təxminən 23 milyon avroya çatacaq.
Bu barədə Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisindən bildirilib.
"Avropa İttifaqının 2024-25-ci illər üçün Minalardan Təmizləmə üzrə Beynəlxalq Mükəmməllik və Təlim Mərkəzinə səfərbər etmək niyyətində olduğu 10 milyon avro ilə birlikdə Azərbaycanda mina əməliyyatlarına Aİ dəstəyi ümumilikdə təxminən 23 milyon avroya çatacaq",-deyə məlumatda qeyd olunub.
Bildirilib ki, Aİ Azərbaycanda mina əməliyyatları sahəsində ən böyük beynəlxalq donordur və əhali üçün təbii ehtiyatlara təhlükəsiz çıxışın təmin edilməsinə, həmçinin məcburi köçkünlərin təhlükəsiz, ləyaqətli və könüllü qayıdışı üçün şəraitin yaradılmasına töhfə verir:
"Aİ üzv dövlətləri ilə birlikdə 2024-cü ilin may ayında potensialın yaradılması, təlim, mina riski ilə bağlı maarifləndirmə və məlumatlandırma, eləcə də zərərçəkmişlərə yardım göstərmək üçün minalarla mübarizə üzrə Avropa Komandası təşəbbüsünü başladıb. Yardımları həm də bu çərçivədə həyata keçirir".
Report


