Bir həftəlik qaçışdan sonra ABŞ də ev zebrası tutuldu
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-nin Tennessee ştatında bir həftədən çox müddət itkin düşən “Ed” adlı ev zebrası tapılaraq tutulub.
Sherg.az xəbər verir ki, Rutherford County Şerif İdarəsi, zebranın bir otlaq sahəsində aşkarlanıb təhlükəsiz şəkildə ələ keçirildiyini açıqlayıb. Helikopter dəstəyi ilə zebranın tutularaq heyvan karavanına aparıldığı bildirilib.
Şerifin ofisi Edin 30 may tarixində Christiana bölgəsinə gəldiyini, sahibinin isə ertəsi gün itkin olduğunu xəbər verdiyini deyib.
Ed yol kənarında qaçarkən görünüb və videoya çəkilib. Bu vəziyyət magistral yolun bağlanmasına səbəb olub. Lakin Ed daha sonra meşəlik əraziyə qaçıb.
Qısa müddətdə internetdə zarafat mövzusuna çevrilən Ed, bəzən restoranda yemək yeyərkən, bəzən də Tennessee şəhərlərində gəzişərkən təsvir olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 10 İyun 2025 01:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















