Bakıda “Avropada Təhsil sərgisi keçiriləcək
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə 10-11 oktyabr tarixlərində Bakıda "Avropada Təhsil" sərgisi keçiriləcək.
525.az xəbər verir ki, bununla bağlı Aİ Nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç və digər Aİ səfirləri mətbuat konfransı keçirib.
Xanım Kuyundziç bildirib ki, sərgidə Avropanın 16 ölkəsini təmsil edən 60-dək universitet iştirak edəcək.
Sərgidə Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Malta, Polşa, Rumıniya, Slovakiya və İsveç təmsil olunacaq. "Study in Europe - Avropada Təhsil" sərgisində məqsəd gənclərə Avropada ali təhsil proqramları va təqaüd
imkanları haqqında məlumat verməkdir. Sərgidə təhsil imkanları ilə yanaşı, gənclər Avropa ölkələrində tələbə həyatı barədə də faydalı malumatlar əldə edə biləcəklər.
Səfir Kujundzic bildirib: "Avropada təhsil almaq zəruri bilik va bacarıqlar qazanmaq, yeni mədəniyyətlər kəşf etmək, dillər öyrənmək, beynəlxalq əlaqələr qurmaq və unudulmaz təcrübə qazanmaq üçün bir fürsətdir. Ümid edirik ki, tədbirimiz gənc azərbaycanlıları Aİ-da təhsil almağa, yaradıcılıq, innovasiya, ilham va fürsət dünyasını kəşf etməyə təşviq edəcək”.
"Avropada Tahsil" sərgisi 1996-cı ildə Aİ-Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması ilə başlayan və 30 il davam edən daha geniş tərəfdaşlığın bir hissəsidir.
Latviya səfiri Edqars Skuya deyib ki, sərgidə 9 universitet təmsil olunacaq: “ Son illər daha çox azərbaycanlı gənc Latviyada təhsil almağa maraq göstərir. Biz bu sərgi vasitəsilə onları dəstəkləyirik. Mən hər kəsi sərgiyə dəvət edirəm”.
Litva səfiri Kestutis Vaşkeleviçus bildirib ki, sərgidə 7 unversitetlə təmsil olunacaqlar, onlar müxtəlif sahələri əhatə edirlər, hazırda 400 azərbaycanlı Litvada təhsil alır. Təhsil əməkdaşlığı ölkələrimiz arasında əlaqələrə də müsbət təsir edir.
Macarıstan səfiri Tamaş Torma bildirib ki, ölkəsi 650 ildir əla təhsil imkanları təqdim edir: “Ölkələrimiz arasında təhsil əlaqələri ciddi şəkildə inkişaf edir. Anlaşma sazişi çərçivəsində təhsil mübadiləsi həyata keçirilir. Bir çox azərbaycanlı tələbə Macarıstanda bir sıra sahələr üzrə təhsilə xüsusi maraq göstərir. Mən əczaçılıq və kənd təsərrüfatını da vurğulamaq istəyirəm. 800 azərbaycanlı hazırda Macarıstanda təhsil alır”.
Qeyd edək ki, sərgi 10 oktyabr tarixində saat 11:00-da Hilton hoteldə başlayacaq.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 07 Oktyabr 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















