“Araşdırma aylarla davam edir, əlillər müavinətsiz qalır”
Bizim media saytına istinadən Icma.az xəbər verir.
"Vətəndaşın əlilliyi dayandırılır və ona yenidən müavinətin verilib-verilməməsi ilə bağlı araşdırma aparılır. Araşdırma isə bir neçə ay davam edir və həmin şəxsə yenidən müavinətin verilməsi barədə qərar qəbul edilir".
Bizim.Media xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat qeyd edib ki, həmin pula ciddi ehtiyacı olan vətəndaşa aradakı müddət üçün heç bir vəsait ödənilmir:
"Nəzərə alsaq ki, bu vəsait həmin insanlar üçün həyati əhəmiyyət daşıyır. Ona görə də bu məsələyə yenidən baxmaq yaxşı olardı".
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 12 Noyabr 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















