Aİ nin Braziliyadan ətin idxalını dayandırması narazılığa səbəb olub
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paris, 7 sentyabr, AZƏRTAC
Braziliya Avropa İttifaqının (Aİ) bu ölkədən quş və mal ətinin idxalını dayandırmasından sonra dərin narahatlıq ifadə edib. Qeyd olunan hal Aİ-nin Braziliyanın heyvandarlıqda antibiotiklərdən istifadəyə dair Avropa sanitariya qaydalarına tam əməl etməməsi qənaəti ilə əlaqədardır.
AZƏRTAC xəbər verir ki, Braziliyanın Xarici İşlər və Kənd Təsərrüfatı nazirliklərinin birgə açıqlamasında davam edən texniki dialoqun sürətli, obyektiv, şəffaf və elmi meyarlara əsaslanan həllə gətirib çıxaracağına ümid edildiyi bildirilib.
Qeyd edək ki, Braziliya bu ilin may ayında heyvandarlıqda antibiotiklərdən intensiv istifadəyə dair Aİ qaydalarına riayət edən ölkələrin siyahısından çıxarılıb.
Baxış sayı:151
Bu xəbər 07 Sentyabr 2026 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















