Icma.az
close
up
RU
Kəlbəcər: azadlıqdan abadlığa ŞƏRH

Kəlbəcər: azadlıqdan abadlığa ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Kəlbəcərin işğaldan azad olunması ilə xalqımız iki böyük qürurlu səhifə açdı müasir tariximizdə: Kəlbəcər 27 illik işğaldan azad olundu. Azərbaycan xalqı bu yurdu 27 il əsarətdə saxlayan, sərvətlərini talayan, daşı daş üstündə qoymayan düşmənə bu torpaqdan çıxması üçün 10 gün daha vaxt verdi. Tək bu fakt 44 günlük Vətən müharibəsində Azərbaycan haqqında bəzi xoşagəlməz fikirlər yürüdən dövlətlərə çox dəyərli cavab oldu. Üçtərəfli razılaşmaya əsasən noyabrın 15-də Kəlbəcərdən çıxmalı olan düşmənə 10 gün vaxt verilməsi ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasətində xüsusi bir mərhələni təşkil edir. O mərhələ ki, bu addımla Azərbaycan xalqının kimliyini bir daha dünyaya bəyan etdi.

İşğaldan azad olunan rayonlarımızın bir-bir Baş planları təsdiq olunur və onlar əsaslı şəkildə yenidən qurulur, abadlaşdırılır. 30 ildə dağıdılan, yerlə yeksan edilən, daşı daş üstündə qalmayan yurd yerlərimizdə lazımi şərait yaradılır ki, yurddaşları öz ata-baba torpaqlarına rahatlıqla qayıda bilsinlər. Qayıdıb gözəl şəraitdə yaşaya bilsinlər. Bunun üçün dövlətimiz tərəfindən İkinci Vətən Müharibəsindən dərhal sonra geniş tədbirlərə başlanılmışdır. “Yaşıl enerji” strategiyasına uyğun olaraq hazırda Kəlbəcər rayonunun ərazisində ümumi gücü 27 meqavat olan 5 kiçik su elektrik stansiyası tikilir. 2023-cü il avqustun 25-də dövlət başçısının Kəlbəcərə səfəri çərçivəsində “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışı oldu, “İstisu” mineral su zavodunun tikintisi və Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanışlıq keçirildi. Həmin səfərdə “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik Stansiyaları istifadəyə verildi, Zar kəndinin təməli qoyuldu. Bu layihələr Kəlbəcərin enerji potensialının genişləndirilməsi, iqtisadi fəallığının artırılması və müasir infrastrukturunun formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Kiçik su elektrik stansiyalarında ümumilikdə 9 hidroaqreqat fəaliyyət göstərəcək. Stansiyaların enerjisistemə inteqrasiyası üçün 110 və 35 kV-luq xətlər çəkilir. İşlərin böyük hissəsi görülən bu 5 stansiya rəqəmsal qaydada mərkəzi SCADA Dispetçer İdarəetmə Sisteminə inteqrasiya ediləcək. Açılıb-qoşulma, intellektual tənzimləmə, operativ monitorinq və təhlil aparılması mümkün olan yeni stansiyaların idarə edilməsi Kəlbəcərdən olduğu kimi, Bakıdan da həyata keçiriləcək.

Statistikaya görə, Azərbaycanda mineral suların ümumi ehtiyatının 33 faizi Kəlbəcər və Laçın rayonlarında yerləşir. Bu rayonlarda suların gündəlik istismar ehtiyatı 7393 kubmetr təşkil edir ki, bunun da 42 faizi Laçının, 58 faizi isə Kəlbəcərin payına düşür.

25 Noyabr – Kəlbəcər şəhəri günü xalqımızın yaddaşında azadlığın, qürurun, tarixi ədalətin və milli birliyin təcəssümü kimi yaşayır. Kəlbəcərin yenidən qurulması, tarixi irsinin qorunması, təbii sərvətlərinin ölkə iqtisadiyyatına qazandırılması və sakinlərinin doğma yurdlarına qayıdışı Azərbaycanın Zəfərdən sonra müəyyən etdiyi inkişaf strategiyasının real nəticələridir. Bu gün Kəlbəcər viranəlikdən dirçəlişə, həsrətdən qayıdışa, keçmişin ağrılarından gələcəyin ümidlərinə doğru irəliləyir. Qədim yurdumuzun hər bir guşəsində ucalan yeni tikililər, bərpa olunan yollar və yenidən məskunlaşan kəndlər Azərbaycanın qalibiyyət salnaməsinin davamı, dövlətimizin gücünün və xalqımızın əbədi torpaq sevgisinin ifadəsidir.

Zülfüqar Cəfərov

YAP Sabunçu rayon təşkilatının sədr müavini, Vətən müharibəsi iştirakçısı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Noyabr 2026 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see288

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see285

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see281

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see265

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see255

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see251

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see240

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see236

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see235

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see234

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see222

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see221

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see220

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see220

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see216

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see211

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see209

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see206

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see201

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri