Aİ nin Kanada ilə bağlı yeni planı RƏSMİ AÇIQLAMA
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Avropa Şurasının sədri Antoniu Koştanın sözlərinə görə, Avropa İttifaqı (Aİ) Kanada ilə əlaqələrin mümkün qədər sıx şəkildə inkişaf etdirilməsini dəstəkləyir.
Oxu.Az xəbər verir ki, siyasətçi bu barədə "Politico" nəşrinə müsahibəsində açıqlama verib.
Rəsmi Ottavanın potensial assosiativ üzvlüyü ilə bağlı sualı cavablandıran Koşta bildirib ki, Aİ Kanada rəhbərliyi ilə ən fəal formada əməkdaşlıq etmək əzmindədir.
O qeyd edib ki, burada sadəcə kiçik bir maneə mövcuddur - coğrafi baxımdan Kanada Avropa qitəsində yerləşmir və bu səbəbdən quruma tamhüquqlu üzv ola bilməz.
"Bizim müdafiə və təhlükəsizlik sektorlarında ortaq fəaliyyət göstərmək imkanımız var. Eyni zamanda süni intellektə yatırımlar, kvant texnologiyaları və innovativ həllər üzrə də birgə işləyə bilərik", - deyə Koşta əlavə edib.
Baxış sayı:50
Bu xəbər 21 Sentyabr 2026 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















