Icma.az
close
up
RU
Aİ nin Rusiyadan LNG məhdudiyyəti yeni mərhələ açır

Aİ nin Rusiyadan LNG məhdudiyyəti yeni mərhələ açır

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İttifaqının Rusiyadan maye təbii qaz (LNG) idxalına məhdudiyyət tətbiq etmək qərarını şərh edərək bildirib ki, bu addım Aİ-nin enerji təhlükəsizliyi siyasətində yeni mərhələyə keçdiyini göstərir.

Bunu Milli Məclisin deputatı Tamam Cəfərova “xalqcebhesi.az”-a açıqlaması zamanı deyib.

Deputatın sözlərinə görə, Ukrayna münaqişəsi başlayandan sonra Avropa boru kəmərləri ilə Rusiya qazının alışını məhdudlaşdırsa da, LNG idxalında əks proses müşahidə olunurdu:

“Son iki ildə Aİ boru kəmərləri qazından asılılığı azaltsa da, Rusiyadan alınan LNG-nin həcmi azalmadı, əksinə müəyyən dövrlərdə artdı. Bu isə Avropanın enerji siyasətində ciddi ziddiyyət yaradırdı. Yeni qərar həmin ziddiyyətin aradan qaldırılmasına yönəlib və ilk dəfə olaraq LNG tədarükünə də məhdudiyyətlər üçün konkret tarixlər müəyyən edilib. Hazırda Rusiyadan ən çox maye qaz idxal edən Fransa və Belçika yeni qərardan birbaşa təsirlənəcək. Fransa və Belçika Rusiya LNG-sinin Avropaya əsas giriş nöqtələridir. Aİ Şurasının son qərarının icrası ən çox bu iki ölkənin enerji bazarına təsir edəcək. Avropa açıq şəkildə enerji asılılığını tam minimuma endirməyə çalışır. Qərar təkcə enerji məsələsi deyil, həm də Aİ-nin geosiyasi kursunun tərkib hissəsidir.Rusiya ilə enerji əlaqələrinin tədricən azaldılması Avropanın əsas strateji hədəflərindən biridir. LNG idxalına məhdudiyyət qoyulması bu xəttin davamıdır və Aİ-nin siyasi mesajıdır”.

Tamam Cəfərovanın fikrincə, atılan addım qlobal enerji bazarında yeni yönümlərə səbəb olacaq və Avropanın alternativ enerji mənbələrinə keçidini daha da sürətləndirəcək.

Günel Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 Dekabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see313

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see302

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see289

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see283

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see279

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see269

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see251

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see248

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see245

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see241

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see240

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see238

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see234

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see227

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see226

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see221

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see202

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see197

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see193

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri