Icma.az
close
up
RU
Rusiyadan Aİ nin yeni missiyasına Reaksiya

Rusiyadan Aİ nin yeni missiyasına Reaksiya

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Avropa İttifaqının (Aİ) Ermənistandakı yeni mülki missiyası Brüsselə ölkənin daxili işlərinə müdaxilə etməyə və iyunda keçiriləcək parlament seçkilərinin nəticəsinə təsir göstərməyə imkan verəcək”. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“21 apreldə Avropa İttifaqı Şurası Ermənistana, onların ifadə etdiyi kimi, “Aİ-nin müdafiə sahəsində ümumi təhlükəsizlik siyasəti çərçivəsində tərəfdaşlıq missiyası”nın göndərilməsi barədə qərar qəbul etdi. Söhbət artıq Avropa İttifaqının bu ölkədəki ikinci mülki missiyasından gedir, lakin aydındır ki, Aİ tərəfindən guya İrəvana hibrid təhdidlərlə mübarizədə yardım kimi təqdim edilən yeni mexanizm Brüsselə Ermənistanın nazirlikləri, milli institutları üzərində əlavə təsir rıçaqları verəcək. Yeri gəlmişkən, Brüsseldə də bunu heç kim gizlətmir”, - diplomat qeyd edib.

Zaxarovanın sözlərinə görə, qanunsuz maliyyə axınlarının izlənməsi və kiberhücumların, informasiya manipulyasiyasının, üçüncü ölkələr tərəfindən informasiya müdaxiləsinin qarşısının alınması bəhanəsi ilə Aİ Ermənistanın daxili işlərinə müdaxilə etməyə cəhd edəcək:

“Biz Avropa İttifaqını yaxşı tanıyırıq, bunu heç bir halda istisna etmək olmaz - 7 iyun parlament seçkilərinin nəticəsinə təsir göstərmək istəyirlər və istəyəcəklər”.

Qeyd edək ki, Avropa İttifaqının Ermənistandakı missiyası Aİ Şurasının 2023-cü il 20 fevral tarixli qərarı ilə yaradılıb və fəaliyyətə başlayıb. 30 yanvar 2025-ci ildə Aİ Şurası missiyanın mandatını 2027-ci ilin fevralın 19-na qədər uzatmaq barədə qərar qəbul edib. Bir neçə gün öncə isə Aİ ölkələrinin səfirləri Brüsseldə Ermənistana yeni mülki missiyanın göndərilməsi barədə qərar qəbul ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Aprel 2026 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri