Aİ nin Rusiyaya qarşı yeni sanksiya paketi yaxın günlərdə razılaşdırılacaq
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Rusiyaya qarşı 18-ci sanksiyalar paketi yaxın günlərdə Avropa İttifaqı tərəfindən razılaşdırılacaq.
"Ölkə.az" xəbər verir ki, bunu LCI telekanalının efirində Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.
Onun sözlərinə görə, paketlə bağlı danışıqlar yekunlaşmaq üzrədir.
Barrot qeyd edib ki, “Avropa bu məsələ ilə bağlı səyləri amerikalı senatorlarla əlaqələndirir”.
Bundan əvvəl Avropa Şurasının rəhbəri Antonio Kosta liderlər sammitinin yekunlarına dair mətbuat konfransında bildirib ki, Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təsdiq edə bilməyiblər. Öz növbəsində, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen məhdudiyyətlər toplusu üzərində işin "tam sürətlə" getdiyini deyib. Brüsseldəki diplomatik mənbələrdən verilən məlumata görə, Slovakiya sammitdə növbəti sanksiyalar paketinin təsdiqini əngəlləyib; indi bu məsələ Aİ ölkələrinin səfirləri tərəfindən yenidən müzakirə olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 29 İyun 2025 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















