Icma.az
close
up
RU
Prezidentin çıxışı Azərbaycan idmanının bu gününü və sabahını əhatə edən proqram xarakterli bir nitq idi MƏQALƏ

Prezidentin çıxışı Azərbaycan idmanının bu gününü və sabahını əhatə edən proqram xarakterli bir nitq idi MƏQALƏ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışı Azərbaycanın idman strategiyasının məntiqi davamı və gələcək hədəflərinin aydın xəritəsi kimi dəyərləndiriləbilər. Dövlət başçısının nitqi təkcə ötən ilin nəticələrinin sadalanması deyil, eyni zamanda ölkədə idmanın sosial, siyasi və beynəlxalq əhəmiyyətini əks etdirən konseptual baxış idi.

Çıxışda diqqət çəkən əsas məqamlardan biri idmanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi təqdim olunması oldu. Prezident İlham Əliyev vurğuladı ki, əldə olunan uğurlar təsadüfi deyil, uzunmüddətli və ardıcıl siyasətin nəticəsidir. Regionlarda müasir idman infrastrukturlarının yaradılması, gənclərin idmana cəlb edilməsi və peşəkar idmançıların hazırlanması bu siyasətin əsas dayaqlarını təşkil edir.

Prezidentin çıxışında sosial aspekt də ön planda idi. İdmanın sağlam həyat tərzinin formalaşmasında, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığı vurğulandı. Bu baxımdan idman yalnız medal və kuboklarla deyil, həm də cəmiyyətin fiziki və mənəvi sağlamlığı ilə ölçülən strateji sahə kimi dəyərləndirildi.

Nitqdə, Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi bu ilin, daha bir önəmli hadisə kimi, qeyd olundu. Azərbaycanın beynəlxalq idman aləmində artan nüfuzu, ölkəmizin mötəbər yarışlara ev sahibliyi etməsi, eləcə də Azərbaycan idmançılarının dünya və Avropa arenalarında qazandığı nailiyyətlər dövlətin idmana göstərdiyi diqqət və qayğının real nəticəsi kimi təqdim edildi.

Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi müasir Azərbaycanın əldə etdiyi ən mühüm beynəlxalq nailiyyətlərdən biri kimi tarixə düşmüşdür. Bu nüfuzlu titul təkcə paytaxtımızın deyil, bütövlükdə ölkəmizin idman sahəsində apardığı ardıcıl və məqsədyönlü dövlət siyasətinin dünya miqyasında tanınmasının bariz göstəricisidir. Azərbaycanın son illər ərzində beynəlxalq idman ailəsində qazandığı yüksək nüfuzun məntiqi nəticəsi olan bu hadisə xalqımız üçün böyük qürur və şərəf mənbəyidir.

Bakı bu ada layiq görülməklə, bir daha sübut etdi ki, o, iri miqyaslı beynəlxalq idman yarışlarını ən yüksək səviyyədə təşkil etmək gücünə malikdir. Paytaxtda yaradılmış müasir idman infrastrukturu, Olimpiya standartlarına cavab verən arenalar, stadionlar, idman kompleksləri və logistika imkanları Bakını dünyanın aparıcı idman mərkəzlərindən birinə çevirmişdir. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, dünya və Avropa çempionatları, “Formula-1” yarışları kimi mötəbər tədbirlərin uğurla keçirilməsi Bakının etibarlı və peşəkar ev sahibi olduğunu bütün dünyaya nümayiş etdirmişdir.

“Dünyanın İdman Paytaxtı” statusu eyni zamanda Azərbaycan dövlətinin idmana və gəncliyə göstərdiyi xüsusi diqqətin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə idman ölkədə prioritet sahələrdən birinə çevrilmiş, regionlarda yeni idman qurğuları inşa edilmiş, gənclərin idmana cəlb olunması üçün geniş imkanlar yaradılmışdır. Bu siyasət yalnız peşəkar idmançıların yetişdirilməsinə deyil, həm də sağlam həyat tərzinin cəmiyyət daxilində geniş yayılmasınaxidmət edir.

Bu nüfuzlu adın Bakıya verilməsi Azərbaycanın beynəlxalq imicinə də mühüm töhfədir. Paytaxtımız idman vasitəsilə mədəniyyətlərarası dialoqun, xalqlar arasında dostluq və əməkdaşlığın mühüm platformasına çevrilmişdir. Dünyanın müxtəlif ölkələrindən minlərlə idmançı və azarkeş Bakıda qonaq olaraq Azərbaycan reallıqları, xalqımızın qonaqpərvərliyi və tolerant mühiti ilə yaxından tanış olur.

Nəticə etibarilə, Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi təsadüfi hadisə deyil, illərlə aparılan düşünülmüş siyasətin, zəhmətin və qazanılmış etimadın təntənəsidir.

Bu titul Azərbaycanın idman sahəsində gələcək uğurlarına yeni stimul verməklə yanaşı, ölkəmizin dünyada güclü, müasir və dinamik dövlət kimi mövqeyini daha da möhkəmləndirir.

Ümumilikdə, 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Prezident İlham Əliyevin çıxışı Azərbaycan idmanının bu gününü və sabahını əhatə edən proqram xarakterli bir nitq idi. Bu çıxış idman ictimaiyyətinə yeni stimul verməklə yanaşı, ölkənin idman sahəsində əldə etdiyi nailiyyətlərin davamlı olacağına dair möhkəm inam formalaşdırdı.

İlham Quliyev

YAP Yasamal rayon, “Neftqazelmitədqiqatlayihə” institutu üzrə ərazi partiya təşkilatının sədr müavini.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 Dekabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see215

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see173

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see151

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see149

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see143

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see143

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri