Icma.az
close
up
RU
Kremlin yeni taktikası və ya dezinformasiya ilə danışıqlara zərbə

Kremlin yeni taktikası və ya dezinformasiya ilə danışıqlara zərbə

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Politoloq: “özünü və ölkəsini elə bir tələyə salıb ki, Rusiyanı müharibə aparmadan təsəvvür edə bilmir”

“Ukraynanın xarici işlər naziri Andriy Sibiqa yayımladığı bəyanatda ölkəsinin Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücum etmədiyini və Kremlin dezinformasiya yaydığını bildirib. “Belə bir hücum baş verməyib” deyən Sibiqa Kremlin “Putinin iqamətgahına hücumla” bağlı heç bir inandırıcı dəlil təqdim etmədiyini vurğulayıb. Ukrayna xarici işlər naziri bir sıra ölkənin əslində baş verməmiş hücumla bağlı narahatlıqlarını ifadə edən açıqlamalarının Kiyevi məyus etdiyini söyləyib. Bu, Kremlin yeni taktikasıdır. Rusiya hakimiyyəti baş verməyən hücumla bağlı dezinformasiya yaymaqla həm danışıqlar prosesini pozmaq, həm də beynəlxalq aləmdə Ukraynanı nüfuzdan salmağa çalışır”.

Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb.

Analitik xatırladıb ki, Putin buna görə müxtəlif dovlət liderlərinə zəng edib: “Halbuki bu ilin sentyabrın 7-də Rusiya raketlə Ukraynanın hökuməti binasına zərbələr endirmişdi və ortada dağıntını əks etdirən dəlillər mövcud idi”.

“Bundan sonra nə olacaq? Birincisi, Rusiya Ukraynanın şəhərlərinə daha çox zərər vurmağa çalışacaq. İkincisi, Rusiya Vaşinqtonun hazırladığı və düzəlişlərə məruz qalan həll planını arxa plana atacaq. Putin hesab edir ki, Rusiya ordusu yaxın aylarda işğal zonasını genişləndirə biləcək və bu səbəbdən Ukrayna daha ağır şərtlərlə daxilində həll planını qəbul etmək məcburiyyətində qalacaq. Ancaq generalları Putinə yalan məlumat verirlər. Rusiya ordusu elan etdiyi şəhərləri işğal edə bilməyib və cəbhə bölgəsində ağır döyüşlər davam edir. Kreml artıq müqavilə əsasında müharibənin başlanğıcında olduğu kimi cəbhə bölgəsinə planlaşdırdığı qədər muzdlu göndərə bilmir. Buna baxmayaraq, Putin sülhə hazır deyil, ümumiyyətlə o özünü və ölkəsini elə bir tələyə salıb ki, Rusiyanı müharibə aparmadan təsəvvür edə bilmir. Rusiya siyasəti, iqtisadiyyatı və ordusu 4 ildir ki, müharibə şəraitində varlığını davam etdirir, bütün resurslar buna fokuslanıb, geri qayıdışın daha ağır çətinlikləri olacaq. Birinci Dünya müharibəsi də 4 il çəkdi və nəticədə Rusiya imperiyası çökdü”, - deyə politoloq qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://ayna.az
archiveBu xəbər 31 Dekabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri