Icma.az
close
up
RU
Aİ nin “silahlanma planı” işləmir

Aİ nin “silahlanma planı” işləmir

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Avropa İttifaqının üzv ölkələrə hərbi xərcləri artırmaq üçün təklif etdiyi xüsusi güzəşt mexanizmi hələ də işə düşməyib. 

Səbəb isə sadədir- heç bir ölkə büdcə kəsirinə qoyulan məhdudiyyəti keçmək istəmir. "Cebheinfo.az" "Euractiv"-ə istinadən bildirir ki, Avropa Komissiyası mart ayında üzv dövlətlərə hərbi ehtiyaclar üçün ÜDM-in əlavə 1,5%-ni xərcləməyə icazə verə biləcək istisna rejimini təklif edib. 

Amma bu istisnadan istifadə üçün indiyədək heç bir ölkə rəsmi müraciət göndərməyib. Bu mexanizm çərçivəsində Komissiya ölkəyə müvəqqəti olaraq 3%-lik büdcə kəsiri limitini keçməyə icazə verə bilərdi. 

Amma görünür, ölkələr ya bu güzəştlərə ehtiyac duymur, ya da riskə getmək istəmirlər. Məsələn, Şimali Avropa ölkələri onsuz da bu sahəyə kifayət qədər vəsait ayırır, Cənubi Avropa ölkələri isə artıq büdcə qaydalarını pozublar. 

Ekspertlər təklifin martda, yəni büdcələrin artıq təsdiqləndiyi vaxtda gündəmə gəlməsinin təsir etdiyini bildiriblər. Üstəlik, bəzi ölkələr bazarların mənfi reaksiyasından ehtiyatlanır. Aydındır ki, hərbi xərclər naminə fiskal intizamı pozmaq hər kəs üçün cəlbedici deyil. 

Avropa Komissiyasının “Aİ-ni yenidən silahlandırmaq” (ReArm EU) adlandırdığı plan üzrə 800 milyard avro toplanması nəzərdə tutulur. Bunun 150 milyardı ümumi fondlardan, qalan 650 milyardı isə ölkələrin öz hesabına – yeni vergilər, sosial xərclərin azaldılması və ya borclanma yolu ilə tapılmalıdır. 

Maraqlıdır ki, plan martda təqdim edilsə də, adı dəyişilib . “ReArm EU” yerinə daha “yumşaq səslənən” "SAFE" (təhlükəsizlik) adı seçilib. Səbəb İspaniya və İtaliyanın seçicilərin “hərbi ritorikaya” isti yanaşmayacağından ehtiyat etməsidir. 

Qeyd edək ki, hazırda plan hələ Aİ Şurası tərəfindən təsdiqlənməyib, amma Portuqaliya artıq onun imkanlarından istifadə etmək istəyir. Ölkə gələn il üçün təsdiqlənmiş 0,1%-lik büdcə kəsirini 1,6%-ə çatdırmaq niyyətindədir. 

Səbinə Uğur 
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Aprel 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see434

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see397

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see389

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see364

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see350

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see345

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see267

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see266

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see264

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see202

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri