Icma.az
close
up
RU
Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2024-cü il avqustun 1-də qüvvəyə minən Aİ-nin “Süni İntellekt Qanun”u süni intellekt sistemləri üçün risk səviyyəsinə uyğun fərqli qaydalar müəyyən edir. Qanuna əsasən, qəbulolunmaz risk daşıyan bəzi süni intellekt tətbiqləri qadağan edilir, yüksəkriskli sistemlərlə bağlı isə ciddi öhdəliklər tətbiq olunur.

Süni intellektlə bağlı qaydaların mərhələli şəkildə qüvvəyə mindiyi bu Qanunda cari il avqustun 2-si ən mühüm tətbiq tarixlərindən biri hesab olunur. Həmin tarixdən etibarən şəffaflıq öhdəliklərinin tətbiq edilməsinə başlanılacaq.

Aİ-nin Komissiyası və üzv ölkələrin bazara nəzarət orqanları yoxlama və sanksiya tətbiq etmək səlahiyyətlərini faktiki olaraq həyata keçirə biləcəklər.

Yeni qaydaların məqsədi vətəndaşların süni intellektlə qarşılıqlı əlaqədə olduqlarını və qarşılaşdıqları məzmunun süni intellekt tərəfindən yaradılıb-yaradılmadığını anlaya bilmələrini təmin etməkdir. Bununla süni intellektin aldadıcı şəkildə istifadəsinin qarşısının alınması, informasiya ekosistemində şəffaflığın artırılması və rəqəmsal mühitə olan etimadın gücləndirilməsi hədəflənir.

Aİ-nin Komissiyası “Süni İntellekt Qanunu” çərçivəsində şəffaflıq öhdəliklərinin tətbiqinə dair təlimat da yayımlayıb.

Təlimatda bu il avqustun 2-dən qüvvəyə minəcək öhdəliklər çərçivəsində süni intellekt sistemlərini hazırlayanların və onlardan istifadə edən qurumların hansı hallarda istifadəçiləri məlumatlandırmalı olduqları izah edilir.

Buna əsasən, çatbotlar, süni intellekt agentləri və oxşar interaktiv süni intellekt sistemləri istifadəçilərə onların birbaşa süni intellektlə ünsiyyətdə olduqlarını açıq şəkildə bildirməlidir.

Bundan əlavə, süni intellekt tərəfindən yaradılan və ya dəyişdirilən foto, video, səs və müəyyən mətn məzmunlarına onların süni intellekt vasitəsilə hazırlandığını müəyyən etməyə imkan verən, maşın tərəfindən oxuna bilən xüsusi işarələr əlavə olunacaq.

Süni intellekt vasitəsilə yaradılmış “deepfake” məzmunların süni şəkildə hazırlandığı açıq şəkildə qeyd edilməlidir.

İnsan tərəfindən yoxlanılmayan və ya redaksiya nəzarətindən keçməyən, ictimai maraq doğuran süni intellekt mənşəli məzmunlarda da bunun istifadəçilərə bildirilməsi tələb olunacaq.

Emosiyaların tanınması və ya biometrik təsnifat aparan süni intellekt sistemlərindən istifadə edən təşkilatların da insanların belə sistemlərin təsiri altında olmaları barədə onları açıq şəkildə məlumatlandırmaq öhdəlikləri olacaq.

Təlimatda vurğulanır ki, orfoqrafiya və qrammatika düzəlişləri kimi standart redaktə əməliyyatları bu öhdəliklərin əhatə dairəsinə daxil deyil.

Digər tərəfdən, avqustun 2-dən “Süni İntellekt Qanunu” çərçivəsindəki qaydaların böyük hissəsi qüvvəyə minəcək və Aİ-nin Komissiyası ilə üzv dövlətlərin bazara nəzarət orqanları yoxlama və sanksiya səlahiyyətlərini tətbiq edə biləcək.

Avqustun 2-dən əvvəl bazara təqdim edilmiş süni intellekt sistemləri üçün isə süni intellekt tərəfindən yaradılmış məzmunun işarələnməsi və aşkar edilə bilməsinə dair texniki öhdəliklərin yerinə yetirilməsi məqsədilə cari il dekabrın 2-dək keçid müddəti veriləcək.(Azərtac)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:354
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Avqust 2026 00:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri