Putin Krımın təchizatının “Həyat yolu” ilə təmin ediləcəyini açıqladı
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünə hücumlardan sonra yarımadanın ərzaq və digər məhsullarla təchizatının quru yolu ilə davam etdiriləcəyini bildirib.
Sherg.az xəbər verir ki, Putin bu barədə Çində ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinlə görüşlərindən sonra jurnalistlərin suallarını cavablandırarkən “Komsomolskaya Pravda” nəşrinin müxbiri Valentin Alfimovun sualına cavabında danışıb.
Jurnalist Krım körpüsünün bərpası müddətində nəqliyyatın dayanması fonunda yarımadada yaşayan milyonlarla insanın ərzaq və digər zəruri məhsullarla necə təmin ediləcəyini soruşub.
Putin bildirib ki, Rusiya bundan sonra da Krımın təchizatını quru marşrutu ilə həyata keçirəcək. Onun sözlərinə görə, yüklər Zaporojye və Xerson vilayətləri ərazisindən daşınacaq.
Rusiya lideri qeyd edib ki, Moskva Krım körpüsünə hücumlardan sonra sözügedən istiqamətdə mövcudluğunu daha da gücləndirəcək və “Novorossiya” adlandırdığı nəqliyyat marşrutunun təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görəcək.
Putin bu marşrutun əhəmiyyətini İkinci Dünya müharibəsi illərində Ladoqa gölünün buzları üzərindən keçən “Həyat yolu” ilə müqayisə edib. O, daşımalar zamanı itkilərin, əsasən də mülki şəxslər arasında olduğunu bildirərək sürücülərin fəaliyyətini qəhrəmanlıq kimi qiymətləndirib.
Rusiya Prezidenti marşrutun qorunacağını və bu istiqamətdə Ukrayna qüvvələrinin daha da geri çəkilməsinə çalışacaqlarını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 19 Noyabr 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















