Icma.az
close
up
RU
Xaçmazda beynəlxalq ekspert bağçılıqla bağlı təcrübəsini bölüşüb

Xaçmazda beynəlxalq ekspert bağçılıqla bağlı təcrübəsini bölüşüb

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Quba və Xaçmaz rayonlarında təşkil olunan “Müasir bağçılıq sistemləri: seleksiya, calaqaltı-sort kombinasiyaları və sertifikatlı ting istehsalı” mövzusunda maarifləndirici tədbir çərçıvəsində Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun təcrübə sahəsində sahə görüşü keçirilib.

525.az-a KTN-dən bildirilib ki, görüşün əsas məqsədi müasir meyvəçilikdə məhsuldarlığa və bağların uzunömürlülüyünə təsir göstərən aqrotexniki üsullar barədə fermer və mütəxəssislərin məlumatlılığını artırmaq, elmi biliklərin praktiki təcrübə ilə əlaqələndirilməsinə şərait yaratmaq olub.

Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə bildirib ki, Mərkəz tərəfindən təşkil olunan təlimlər, maarifləndirici tədbirlər və praktiki sahə görüşləri regionların kənd təsərrüfatı üzrə ixtisaslaşması, mövcud istehsal potensialı və fermerlərin ehtiyacları nəzərə alınmaqla həyata keçirilir. O qeyd edib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda tingçilik sahəsinin inkişafı, müasir texnologiyaların tətbiqi, aqrar bilik və bacarıqların artırılması əsas prioritetlərdən biri kimi müəyyən edilib.

Sahə görüşündə beynəlxalq ekspert Serkan Şimşek meyvə ağaclarında calaqetmə üsulları, calaqaltı və sort uyğunluğunun düzgün müəyyənləşdirilməsi, müxtəlif calaqaltı-sort kombinasiyalarının üstünlükləri və onların yerli torpaq-iqlim şəraitinə uyğun seçilməsi, eləcə də praktikada tətbiqi barədə ətraflı məlumat verib. Həmçinin sertifikatlı meyvə tinglərinin istehsal mərhələləri, ting materialının keyfiyyətinə nəzarət, istehsal prosesində beynəlxalq standartların tələblərinin nəzərə alınması, tinglərin düzgün seçilməsi və qiymətləndirilməsi məsələlərinə toxunub. İştirakçılara sağlam və standartlara uyğun əkin materialının əldə edilməsi, istehsal zamanı keyfiyyət göstəricilərinin qorunması ilə bağlı praktiki biliklər təqdim olunub, müasir tingçilik təcrübəsinin bağların məhsuldarlığına, davamlılığına və uzunömürlülüyünə təsiri diqqətə çatdırılıb.

Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən respublikanın müxtəlif bölgələrində regionların ehtiyacları nəzərə alınmaqla, aparılan sorğuların nəticələrinə əsasən aqrar sahənin müxtəlif istiqamətləri üzrə maarifləndirici tədbirlər təşkil olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Noyabr 2026 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see375

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see349

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see337

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see295

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see281

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see263

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see250

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see248

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see246

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see232

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see231

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see228

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see221

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see217

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see216

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see198

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see197

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see196

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri