Icma.az
close
up
RU
Aİ ölkələrinin ətraf mühit nazirləri iqlim hədəfləri barədə razılığa gələ bilməyiblər

Aİ ölkələrinin ətraf mühit nazirləri iqlim hədəfləri barədə razılığa gələ bilməyiblər

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Berlin, 19 sentyabr, AZƏRTAC

Avropa İttifaqı (Aİ) noyabrda Braziliyada keçiriləcək İqlim Konfransına hazırlıq çərçivəsində özünün iqlim planını təqdim etməli olsa da, qurumun 27 üzv ölkəsinin ətraf mühit nazirlərinin Brüsseldə keçirilən iclasında konkret öhdəliklər əvəzinə ümumi niyyət bəyanatı qəbul olunub.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, qərarda növbəti on il üçün emissiyanın azaldılması hədəfi dəqiq müəyyənləşdirilməyib. Bunun əvəzinə, üzv ölkələr 2035-ci ilədək istixana qazları emissiyalarının 1990-cı illə müqayisədə 66,25 - 72,5 faiz azaltmağı planlaşdırdıqlarını bəyan edib. Aİ ölkələrinin 2035-ci ilə dair milli iqlim planları sentyabrın 24-dək BMT-yə təqdim olunmalıdır.

Avropa Komissiyası iyulda 1990-cı illə müqayisədə 2040-cı ilə qədər istixana qazları emissiyalarını 90 faiz azaltmağı təklif etmişdi. Bu təklif hazırkı Almaniya hökumətinin koalisiya sazişindəki iqlim hədəfləri ilə üst-üstə düşür. Lakin nazirlər 2040-cı il hədəfi üzrə də razılığa gələ bilməyiblər. Xüsusilə Almaniyanın mövqeyi səbəbindən məsələ oktyabrda Aİ-nin dövlət və hökumət başçılarının sammitində müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, 2035-ci və 2040-cı illər Aİ-nin 2050-ci ilədək iqlim neytrallığına nail olmaq yolunda ara mərhələlərdir. Həmin vaxtadək 27 üzv ölkə yalnız təbiətin udduğu və ya texniki üsullarla saxlanıla biləcək qədər karbon qazı buraxmağı planlaşdırır. Alimlərin hesablamalarına görə, Aİ 2030-cu ilədək istixana qazı emissiyalarını 55 faiz azaltmaq hədəfinə çatacaq, lakin sonrakı mərhələlər daha çətin olacaq.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Sentyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see220

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see212

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see195

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see192

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see191

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see178

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see178

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see171

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see167

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see164

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see164

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see164

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see160

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see154

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see146

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri