TDT ölkələrinin səhiyyə nazirləri tibbi turizmin inkişafı barədə razılığa gəliblər
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Astana, 8 aprel, AZƏRTAC
Astanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin 5-ci görüşü keçirilib.
AZƏRTAC Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, forumda tərəflər səhiyyə sahəsində əməkdaşlığın möhkəmləndirilməsi - tibb və əczaçılıq sənayesində tərəfdaşlığın genişləndirilməsi, beynəlxalq təşkilatların rolunun gücləndirilməsi, mütəxəssislər arasında təcrübə mübadiləsi və rəqəmsal texnologiyaların tətbiqi məsələlərini müzakirə ediblər.
Qazaxıstan tərəfi texnologiya transferi, kadr bazasının gücləndirilməsi, tibbi turizmin inkişafı, əczaçılıq istehsalı, transplantasiya və sairə sahələrdə əməkdaşlıq istiqamətlərini müəyyən edən 2025-2026-cı illər üçün Fəaliyyət Planı layihəsini təqdim edib.
Görüşün yekununda beynəlxalq təşkilatlar və özəl sektorla əməkdaşlığa dair birgə Bəyannamə imzalanıb. Sənəd tibb təhsilinin standartlaşdırılması, səhiyyədə İKT-nin tətbiqi və pasiyent məlumatlarının mübadiləsini təklif edir.
Forum çərçivəsində ikitərəfli görüşlər keçirilib, tibbi təhsil, bioloji təhlükəsizlik və təcili tibbi yardım sahəsində əməkdaşlıq haqqında memorandumlar imzalanıb. TDT işçi qrupunun növbəti il üçün Fəaliyyət Planları təsdiq edilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 08 Aprel 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















