Aİ ölkələrinin nazirləri ABŞ a qarşı toplandı Əks həmlə olacaq, yoxsa...?
Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropa İttifaqına (Aİ) üzv ölkələrin ticarət nazirləri ABŞ-ın əlavə vergi yükünə qarşı bu gün Lüksemburqda toplanıblar.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Aİ-nin ticarət üzrə komissarı Maros Şefçoviç açıqlama verib.
O bildirib ki, Avropa İttifaqına 27 üzv ölkənin ticarətdən məsul nazirləri Lüksemburqda ABŞ-ın qərarına adekvat qərarla bağlı fikir mübadiləsi aparacaqlar: "Biz bu gün qlobal ticarət sistemindəki vəziyyətlə bağlı Avropanı vahid mövqeyinin necə uzlaşdırılacağını müzakirə edəcəyik. Düzdür, biz əlavə vergi yükünün ləğvi ilə bağlı ABŞ-la təmasdayıq. Lakin digər əks variantımız da hazır olmalıdır. Bugünki iclas o səbəbdən aktualdır"
Xatırladaq ki, ABŞ Aİ-dən avtomobillər, polad və alüminium üçün 25 faiz, əks tarifləri olan bütün digər mallara isə 20 faiz idxal rüsumları tətbiq etmək qərarına gəlib. Aİ-nin ilkin hesablamalarına görə, bu, təxminən 80 milyard avro dəyərində əlavə xərc demək olacaq.
Samir Musayev
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 07 Aprel 2025 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















