Aİ Qrenlandiya məsələsinə görə ABŞ a qarşı cavab rüsumları tətbiq edə bilər
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Avropa İttifaqına üzv ölkələr Qrenlandiya məsələsi ilə əlaqədar ABŞ-a qarşı 93 milyard avro həcmində cavab tədbirlərinin tətbiqi imkanını nəzərdən keçirirlər.
APA xəbər verir ki, bu barədə "Financial Times" Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Aİ-nin cavab addımlarının ikinci variantı Amerika şirkətlərinin vahid Avropa bazarına çıxışının məhdudlaşdırılmasını nəzərdə tutur.
Qeyd olunur ki, bu planlar gələn həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində Avropa liderlərinin ABŞ Prezidenti Donald Trampla görüşləri ərəfəsində hazırlanır.
"Əgər vəziyyət bu şəkildə davam edərsə və Tramp “tamamilə mafioz üsullardan” istifadə edərsə, Aİ-nin əlində aydın cavab alətləri mövcuddur", - Avropalı diplomatlardan biri qəzetə deyib
Eyni zamanda, Brüssel Vaşinqtona geri addım atmaq imkanı vermək niyyətindədir.
Nəşr vurğulayır ki, Aİ ölkələrinin əksəriyyəti cavab tədbirləri ilə hədələməyə keçməzdən əvvəl ziddiyyətləri diplomatik yollarla həll etmək istəyir.
“Gərginliyi azaltmalıyıq”, – deyə digər avropalı diplomat bildirib.
Qəzetin başqa bir mənbəsi isə Aİ-nin mümkün cavab addımlarının ABŞ Konqresində Tramp administrasiyasına qarşı təzyiqləri artıracağına ümid etdiyini bildirib.
Onun sözlərinə görə, vəziyyət artıq kompromis üçün imkan saxlamır, çünki Avropa Qrenlandiyanı təhvil verə bilməz.
Mənbə əlavə edib ki, “ağıllı amerikalılar da başa düşür ki, Tramp bununla Pandoranın qutusunu açıb”.
Xatırladaq ki, Tramp daha öncə ABŞ-ın Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveçdən idxal olunan məhsullara 10 faiz rüsum tətbiq edəcəyini açıqlayıb.
Bu rüsumların Vaşinqtonun Qrenlandiyanı “tam və qəti şəkildə əldə etməsi” ilə bağlı razılaşma əldə olunana qədər qüvvədə qalacağı bildirilib.
Trampın sözlərinə görə, qərar fevralın 1-dən qüvvəyə minəcək, iyunun 1-dən isə rüsumların dərəcəsi 25 faizə yüksəldiləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 18 Yanvar 2026 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















