Suriya prezidenti Almaniya kansleri ilə görüşü ləğv edib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa Almaniyaya planlaşdırılan səfərindən imtina edib.
APA xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Səfər çərçivəsində Berlində Almaniyanın ali rəhbərliyi ilə danışıqların keçirilməsi nəzərdə tutulurdu.
Məlumata görə, Əhməd əş-Şaraa Almaniya kansleri Fridrix Merz və Almaniya Prezidenti Valter Ştaynmayer ilə görüşlər keçirməyi planlaşdırırdı.
Bundan əlavə, səfər proqramında iri Alman şirkətlərinin nümayəndələri ilə danışıqlar da yer alırdı.
Hazırda səfərin ləğv edilməsinin səbəbi ilə bağlı tərəflərdən heç biri rəsmi açıqlama verməyib.
Bu mövzuda digər xəbərlər:Almaniya kansleri Merz Suriya prezidenti Şaranı Almaniyaya dəvət etdi
04 Noyabr 2025 13:34
Almaniya kansleri ilə Trampın Davosda görüşü baş tutmayacaq
21 Yanvar 2026 16:45
Türkiyə Prezidenti Almaniya kansleri ilə İran məsələsini müzakirə edib
02 Mart 2026 19:23
Almaniya kansleri Kiyevdə
02 Dekabr 2024 11:04
Baxış sayı:196
Bu xəbər 19 Yanvar 2026 03:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















