Aİ rəsmisi Trampın qarşısından geri çəkilməyəcəklərini dedi: ABŞ ın tariflərinə sərt cavab veriləcək
Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Əgər ABŞ Avropa İttifaqı (Aİ) ölkələrinə əlavə tarif tətbiq edərsə, bu cavabsız qalmayacaq"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Polşaya səfəri çərçivəsində keçirilən mətbuat konfransında deyib.
O, ABŞ-ın Aİ-yə yeni tariflər tətbiq etməyə hazırlaşması barədə suala cavabda bunun olmamamsını arzuladıqlarını gizlətməyib: "ABŞ-la çox dərin əlaqələrimiz var. Ümumi ticarət həcmimiz 1,5 trilyon avro ətrafındadır. Bir sözlə, Aİ və ABŞ iqtisadiyyatları iç-içədir. İndi tarifləri artırmaqla, biznes xərclərini artırmağa, işçilərə və istehlakçılara zərər verməyə nə ehtiyac var k? Bu, iqtisadi əlaqələrin büdrəməsinə səbəb verməkdən başqa bir şeyə yaramayacaq".
Von der Leyen əlavə edib ki, Aİ hər varianta hazırdır: "Aİ təbii ki, ABŞ-ın yeni həmləsinə hazırdır. Eyni zamanda, istənilən qərara qəti şəkildə cavab veriləcək. Dediyim kimi, biz Aİ ilə ABŞ arasında əməkdaşlığı gücləndirməyi hədəfləyirik. Lakin bu o demıək deyil ki, biz öz prinsiplərimizdən geri çəkiləcəyik. Biz prinsiplərimizi qorumaqda həddən çox qərarlıyıq"
Samir MUSAYEV
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 07 Fevral 2025 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















