Icma.az
close
up
RU
Aİ Rusiya aktivlərinin müsadirəsi ilə bağlı kompromisə hələ nail olmayıb

Aİ Rusiya aktivlərinin müsadirəsi ilə bağlı kompromisə hələ nail olmayıb

Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın dondurulmuş aktivlərinin “təzminat krediti” adlı sxem çərçivəsində istifadəsi ilə bağlı hələ də razılığa gələ bilməyiblər.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Aİ-nin xarici işlər naziri Kaja Kallas Lüksemburqda keçirilən Aİ xarici işlər nazirlərinin görüşünə gələrkən bildirib.

“Biz təzminat krediti mexanizmini təklif etmişik. İrəliləyiş var, amma hələ yekun razılıq əldə olunmayıb. Ümid edirəm ki, oktyabrın 23–24-də keçiriləcək sammitdə bu istiqamətdə daha ciddi nəticələr əldə olunacaq”, – Kallas deyib.

Onun sözlərinə görə, məsələ ətrafında ciddi fikir ayrılıqları qalmaqdadır və kompromis zəruridir. Kallas əlavə edib ki, Avropa Komissiyası hazırda Belçikanın təşəbbüsü ilə Aİ ölkələri arasında maliyyə risklərinin bölüşdürülməsi üçün “həmrəylik tədbirləri” üzərində işləyir.

Xatırladaq ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen sentyabr ayında bəyan etmişdi ki, Brüssel Rusiyanın dondurulmuş aktivlərini birbaşa müsadirə etməyi planlaşdırmır, əvəzində onlardan Ukraynaya veriləcək kreditlərin təminatı kimi istifadə olunacaq.

Rusiyanın Avropadakı suveren aktivlərinin böyük hissəsi — 200 milyard avrodan çox vəsait — hazırda Belçikadakı “Euroclear” maliyyə platformasında bloklanıb. Platforma həmin aktivlərin müsadirəsinə qarşı çıxaraq xəbərdarlıq edib ki, bu addım Rusiyanın digər ölkələrdəki Avropa aktivlərinə qarşı hüquqi cavab tədbirlərinə yol aça bilər.

Moskva isə xəbərdarlıq edir ki, belə bir qərar qlobal maliyyə sabitliyini pozacaq. Prezident Vladimir Putin bəyan edib ki, Qərb Rusiyanın dondurulmuş ehtiyatlarını “oğurlasa”, qlobal iqtisadi sistem dağılacaq. Kremlin sözçüsü Dmitri Peskov isə əlavə edib ki, Rusiya belə addıma mütləq cavab verəcək və bu sxemdə iştirak edənlər məsuliyyətə cəlb olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 20 Oktyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri