Aİ Rusiya neftinin bu boru kəməri ilə tədarükünü məhdudlaşdırmaq istəyir
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa İttifaqı Rusiyadan Macarıstan və Slovakiyaya "Drujba" boru kəməri ilə yanacağın tədarükünə ticarət məhdudiyyətləri tətbiq etməyi düşünür.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Bu planlar Aİ-nin yeni 19-cu anti-Rusiya məhdudiyyətləri paketi ilə əlaqəli deyil. Belə ki, məhdudiyyət Avropa Komissiyasının kölgə donanmasının bir hissəsi kimi təsnif etdiyi Rusiyanın LNG və neft tankerlərinə təsir edəcək.
Agentlik qeyd edib ki, bütün Aİ ölkələrinin dəstəyini tələb edən sanksiyalardan fərqli olaraq, tariflər kimi ticarət tədbirləri yalnız dövlətlərin əksəriyyətinin dəstəyini tələb edir.
Bu yolla Aİ Budapeşt və Bratislavanın etirazına baxmayaraq, ABŞ prezidenti Donald Trampın Rusiya enerji təchizatından imtina tələbini yerinə yetirməyə ümid edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 21 Sentyabr 2025 02:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















