Icma.az
close
up
RU
Rimas Kurtinaytis: “Bu oyundan sonra federasiya hakimliklə bağlı ciddi qərarlar qəbul etməlidir”

Rimas Kurtinaytis: “Bu oyundan sonra federasiya hakimliklə bağlı ciddi qərarlar qəbul etməlidir”

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bəzi hissələrdə yaxşı, bəzilərində isə pis oynadıq. Bu da yorğunluqla bağlıdır. Amma bununla yanaşı bugünkü oyunda qeydə alınan nəticədə böyük pay sahibi hakimlər oldu”.

İdman.Biz bildirir ki, bu sözləri “Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis “Absheron Lions” ilə oyundan sonra deyib.

Oyun 101:97 hesabı ilə “Abşeron Lions”un xeyrinə yekunlaşıb.

“Çempionlar liqasında böyük komandalara qarşı mübarizə apardıq. Azərbaycan çempionatında isə rəqiblər bizə qarşı yüksək motivasiya ilə oynayırlar. Təbii ki, qarşılaşdığımız bütün rəqiblər bizə qalib gəlmək istəyir. Hakimliklə bağlı bəzi məsələlər var ki, susmaq olmur. İlk olaraq hakimlərdən birinin oyuna gecikməsinə baxmayaraq görüşün daha öncə təyin olunan vaxta keçirilməsinə razılıq versəm də, bu məqam mənə qaranlıq qaldı.

Artıq neçənci oyundur ki, hakimlərin bizə qarşı kobud səhvləri və müəmmalı qərarları ilə üzləşirik. Mən yerimdən qalxaraq hakimə verdiyi qərarla bağlı sual vermək istəyəndə texniki fol alıram. Halbuki hakim sualı bəlkə tam və aydın eşitmədi. Üstəlik mən artıq illərdir basketboldayam və bilirəm hakimə hansı sözü demək olar, hansı söz yox. Bəzi qərarlarına baxdıqda, sanki oyunda olmadıqlarını hiss etmək olar.

Düşünürəm ki, komandalarla yanaşı hakimlik də liqanın səviyyəsinin qalxmasında çox vacib rol oynayır. Oyunlar obyektiv və neytral idarə olunmalıdır. Bizim klub olaraq məqsədimiz keyfiyyətli iş ortaya qoyaraq Azərbaycan basketbolunun inkişafına öz töhfəmizi verməkdir. Mən də yenidən Azərbaycana bu məqsədlə qayıtmışam. Düşünürəm ki, federasiya bu oyundan sonra bu cür halların bir daha təkrarlanmaması üçün hakimliklə bağlı ciddi qərarlar qəbul etməlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Dekabr 2025 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see239

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see234

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see228

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see218

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see199

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see171

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see167

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see163

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see150

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see143

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see142

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see139

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see138

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see137

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see137

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see133

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see133

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see133

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see132

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri