Icma.az
close
up
RU
Aİ səfiri: Gürcüstanın İttifaqla münasibətləri ən aşağı səviyyədədir

Aİ səfiri: Gürcüstanın İttifaqla münasibətləri ən aşağı səviyyədədir

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanla Avropa İttifaqı (Aİ) arasında münasibətlər ən aşağı nöqtədədir.

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski məlumat verib.

“Mən Gürcüstan hökumətini apardığı islahatlara görə tərifləmək istərdim, ölkədə baş verən hadisələr barədə müsbət danışmaq istərdim, amma təəssüf ki, Tiflislə Avropa İttifaqı arasında münasibətlər barədə danışsaq, indi bu, ən aşağı səviyyədədir”, - deyə səfir qeyd edib.

Diplomatın bildirib ki, artıq Gürcüstana yüksək səviyyəli səfərlər həyata keçirilmir, hökumətə maliyyə yardımı dayandırılıb, diplomatik pasport sahibləri üçün viza rejimi tətbiq edilib, hökumət üçün nəzərdə tutulan vəsait vətəndaş cəmiyyətinə və azad mediaya yönəldilib.

Qerçinskinin sözlərinə görə, 2023-cü ilin dekabrında Avropa İttifaqı Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verib, lakin respublika hakimiyyəti lazımi islahatlar əvəzinə ölkəni Avropa İttifaqından uzaqlaşdıran addımlar atır.

Gürcüstanın Aİ və ABŞ ilə münasibətləri respublika parlamentinin ötən ilin mayında xarici agentlər haqqında qanunu qəbul etməsindən sonra pisləşməyə başlayıb.

Bu qanuna görə Qərb hesab edirdi ki, Gürcüstan Avropa dəyərlərindən uzaqlaşıb və Aİ-yə inteqrasiya yolunda deyil. Bundan sonra ABŞ və Aİ ölkələri Gürcüstan hakimiyyətinin nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

Qərb də 2024-cü il oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrindən narazı qalıb. Hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyası seçkilərdə qalib gəlib, lakin müxalifət və keçmiş prezident Salome Zurabişvili səsvermənin nəticələrini tanımaqdan imtina edib. Noyabrın 4-dən hökumətin əleyhdarları təkrar seçkilərin keçirilməsi tələbi ilə mitinqlər keçirirlər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:350
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Fevral 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri