Icma.az
close
up
RU
Asim bütün sevgisini Vətənə vermişdi FOTO

Asim bütün sevgisini Vətənə vermişdi FOTO

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Sabirabad rayonunun Əsədli kəndindən olan şəhid Asim Əliyev həyatı dərk edən gündən Vətəninə ürəkdən bağlanıb. Odur ki, canına yağı dadanmış yurdunun taleyi onu çox narahat edib. Orta təhsilini yüksək qiymətlərlə başa vursa da, ordu sıralarında xidmət etməyi hər şeydən üstün tutub. Vətən qarşısında övladlıq borcunu yerinə yetirmək üçün 2016-ci ildə Daxili Qoşunların Bakıdakı “N” saylı hərbi hissəsində qulluğa başlayıb. Qeyrət-namus rəmzi bildiyi Vətənin müqəddəsliyinə tapınan əsgər sözün həqiqi mənasında, qısa zaman kəsiyində cəsurluğu, igidliyi, mərdliyi sayəsində zabitlərin, əsgərlərin sevimlisinə çevrilib. Həmçinin erməni qəsbkarlardan qisas almaq məqsədilə döyüş təcrübəsi qazanmaqdan ötrü təlimlərə ürəklə qatılıb, bütün sınaqlardan uğurla keçib, heyrət doğuran məqamlarla yadda qalıb. Xidmət zamanı Qarabağımızın azadlığı uğrunda döyüş əməliyyatlarına qoşulması üçün özünü hazır bilib.
Beləcə Vətəninə, dövlətinə ləyaqətlə xidmət edən Asim Əliyev ordudan tərxis olunub. Amma düşməndən alacağı öcə görə Vətən, torpaq sevgisi onu döyüş meydanına səsləyib. Elə buna görə də 2018-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi xidmətə qayıdıb. Ali Hərbi Məktəbdə 2 aylıq kurs keçdikdən sonra cəbhə bölgəsinə yollanıb, dığalarla üzbəüz olan barıt qoxulu səngərlərdə doğma Azərbaycana keşik çəkib. İşğalçılar atəşkəs rejimini pozmağa can atanda ilk olaraq Asim qabağa düşüb, düşmənə yaxşı da dərs verib. Peşəkar hərbiçiyə xas keyfiyyətlərinə görə dəfələrlə təşəkkürnamə də alıb.
Həm də Asim öz şəxsi nümunəsi ilə gənc əsgərlərdə doğma yurduna, torpağına məhəbbət, yağıya nifrət hisslərini oyada bilib. Həmişə də deyib ki, düşmən tapdağında qalan Qarabağ bizim əzəli yurd yerimizdir. Onu azad etmək bir övlad kimi bizim şərəfli borcumuzdur. Bu yolda ölüm olsa belə. Fəqət, torpaq mərd oğulların çiynində Vətən olur.
2020-ci ilin sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda Asim Əliyev Vətən torpağının hər qarşının azadlığı uğrunda qorxmadan, çəkinmədən və zəfər ovqatı ilə ölüm-dirim savaşına girib. Kifayət qədər döyüş təcrübəsinə malik Asim ön sıralarda vuruşa-vuruşa düşmənə sarsıdıcı zərbələr endirib. Nəticədə dığalar güclü hücumlar qarşısında tab gətirməyib, ciddi itkilər verə-verə qaçmağa üz qoyublar.
Asim Füzuli döyüşlərində əsl qəhrəmanlıq nümunəsini göstərib. Neçə-neçə erməni faşistini məhv edib, dəfələrlə ölümlə üzləşib, amma Vətən sevgisi hər şeyə qalib gəlib. Təəssüf ki, oktyabrın 14-də güllə onun ürəyinə dəyib. Ömrünün 22-ci ildə ağır müharibə meydanında düşmən hücumlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb, doğulduğu Sabirabad rayonunda torpağa tapşırılıb. Və əbədi könüllərə köç edən Asim Əliyev həm də ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda gedən əməliyyatlar zamanı hərbi hissə qarşısında qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və digər medallara layiq görülüb.
Bəli, Asim Əliyev Vətən torpaqlarının azadlığı uğrunda şüurlu surətdə canını fəda edib. Bu müqəddəs yolu seçənlər isə heç zaman ölmürlər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Noyabr 2026 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see408

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see291

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see283

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see278

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see273

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see272

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see269

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see267

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see265

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see264

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see249

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see245

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see241

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see241

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see241

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see241

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see240

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see239

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see238

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri