Aİ Şurası birgə təhlükəsizlik və müdafiə üçün 150 milyard avro ayırılmasını təsdiqləyib
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa İttifaqı (Aİ) Şurası birgə təhlükəsizlik və müdafiə sahəsində satınalmaların həyata keçirilməsi üçün 150 milyard avro ayırılmasını təsdiqləyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Aİ Şurasının saytında məlumat paylaşılıb.
Bildirilib ki, şura bu gün Avropa üçün Təhlükəsizlik Fəaliyyəti alətini (SAFE) qəbul edib.
Qeyd olunub ki, SAFE ortaq satınalmalar vasitəsilə müdafiə sənayesinə sərmaye qoymaq istəyən üzv ölkələrin dəstəklənməsi üçün Aİ-nin yeni maliyyə alətidir. Proqram vasitəsilə Avropanın müdafiə texnologiyası və sənayesinə təcili və genişmiqyaslı investisiyaların maliyyələşdirilməsinin həyata keçiriləcəyi vurğulanıb.
“Məqsəd istehsal imkanlarını artırmaq, ehtiyac duyulduğu zaman müdafiə vasitələrini təmin etmək və hazırkı boşluqların aradan qaldırılması ilə bütövlükdə Aİ-nin müdafiə hazırlığını gücləndirməkdir”, - məlumatda qeyd edilib.
Polşanın Avropa İttifaqı üzrə naziri Adam Szłapka bildirib ki, proqram Aİ-nin müdafiə imkanlarını gücləndirərək çəkindiricilik qabiliyyətini artıracaq
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 27 May 2025 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















