Aİ təhlükəsizliklə bağlı ciddi imtahan qarşısındadır Ərdoğan
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqı təhlükəsizliklə bağlı ciddi imtahan qarşısındadır.
Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında danışıb.
O bildirib ki, ittifaqa üzv ölkələr xüsusilə Ukrayna ilə bağlı hadisələri narahatlıqla izləyir: "İndi Türkiyənin ilk gündən ortaya qoyduğu balanslaşdırılmış mövqeyinə daha çox önəm verilir. Rusiya və ya Ukrayna olmadan daimi sülhə nail olmaq mümkün deyil".
Ərdoğan söyləyib ki, Ankara Aİ ilə münasibətləri inkişaf etdirmək istəyir: "Türkiyənin rolunu başa düşməli, strategiyalarını buna uyğun müəyyənləşdirməlidirlər. İnanıram ki, Türkiyə ilə Avropa arasında əlaqələr hər sahədə sürətlə inkişaf edəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 10 Mart 2025 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















