Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

İşıldaböcək sevgi üçün işıq saçır, qidalanmaq üçün isə…

İşıldaböcək sevgi üçün işıq saçır, qidalanmaq üçün isə…

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

İsti iyun gecəsidir. Yol kənarındakı otların arasında qəfildən zümrüd rəngli kiçik bir işıq yanıb-sönür. Sanki təbiət qaranlığın qoynunda balaca bir fənər yandırıb. Bu mənzərə romantik görünsə də, onun arxasında həşəratlar aləminin ən qeyri-adi və maraqlı həyat hekayələrindən biri dayanır.

Əvvəlcə bir yanlış təsəvvürü aradan qaldıraq: İşıldaböcəyi qurd deyil, böcəkdir. Xalq arasında böyük atəşböcəyi (Lampyris noctiluca) bəzən “İvan qurdu” adlandırılsa da, əslində, o, işıq saçmaq qabiliyyətinə malik həşəratdır. Dünyada bu böcəklərinin təxminən 2 min növü mövcuddur.

Bu növün erkəyi təxminən 15 millimetr uzunluğunda olur və yaxşı uçmaq qabiliyyətinə malikdir. Dişisi isə 18 millimetrə qədər böyüyə bilsə də, qanadsızdır. Xarici görünüşünə görə yetkin böcəkdən daha çox sürfəni xatırladır.

Maraqlıdır ki, gecənin işıq şousunun əsas qəhrəmanı da məhz dişidir. O, otların və bitkilərin üzərinə qalxaraq qarıncığının ucunu yuxarı qaldırır və soyuq, yaşıl işıq saçmağa başlayır.

Bu işıq xüsusi biokimyəvi reaksiya nəticəsində yaranır. Lüminessensiya adlanan proses zamanı enerji demək olar ki, istilik şəklində itirilmədən işığa çevrilir. Buna görə də atəşböcəyinin işığına “soyuq işıq” deyilir.

Dişinin saçdığı işıq gecə qaranlığında uçan erkəklər üçün bir növ mayak rolunu oynayır. Alimlərin apardığı müşahidələr göstərir ki, erkəklər daha parlaq işıq saçan dişilərə üstünlük verirlər. Beləliklə, işığın parlaqlığı cüt tapmaq və nəslin davamını təmin etmək baxımından mühüm rol oynayır.

Başqa sözlə, təbiətdə özünəməxsus bir gözəllik müsabiqəsi keçirilir. Fərq ondadır ki, bu müsabiqənin iştirakçıları deyil, münsifləri uçur.

İşıldaböcəyin yetkin həyatı cəmi bir neçə gündür

Bu böcəyin həyatında ən maraqlı məqamlardan biri onların qidalanması ilə bağlıdır. Bir çox növdə yetkin fərdlər ya ümumiyyətlə qidalanmır, ya da çox az qida qəbul edir. Onların əsas enerjisi sürfə mərhələsində toplanır.

İşıldaböcəyinin sürfə mərhələsi növdən və şəraitdən asılı olaraq bir neçə il davam edə bilər. Böyük atəşböcəyində bu müddət iki ilə yaxın, bəzən daha uzun olur. Yetkin mərhələyə çatdıqdan sonra isə onun əsas məqsədi cüt tapmaq və çoxalmaqdır.

Dişi yumurtalarını qoyduqdan sonra həyat dövrünün son mərhələsinə çatır. Beləliklə, illərlə davam edən inkişafın ardınca yetkin həyat olduqca qısa çəkir.

Sürfə ilbizlər üçün əsl təhlükədir

Atəşböcəyinin sürfəsi zahirən zərərsiz görünsə də, əslində, olduqca bacarıqlı yırtıcıdır. Onun əsas qidasını ilbizlər və çılpaq ilbizlər təşkil edir.

Sürfə özündən xeyli böyük ovunu xüsusi kimyəvi maddələrin köməyi ilə zərərsizləşdirir. Ovuna həzm fermentləri və zəhərli təsir göstərən maddələr yeridərək onu hərəkətsizləşdirir. Daha sonra ovun toxumalarını parçalayır və mayeləşmiş qida ilə qidalanır.

Bu xüsusiyyətinə görə həmin növlər bağbanlar üçün də faydalı həşəratlardan hesab olunur. Çünki onların sürfələri bitkilərə zərər verən çılpaq ilbizlərin sayını təbii yolla azaltmağa kömək edir.

Müharibə zamanı böcəklərdən işıq mənbəyi kimi istifadə edilib?

İşıldaböcəklər haqqında maraqlı tarixi rəvayətlərdən biri də Birinci Dünya müharibəsi ilə bağlıdır. İddialara görə, səngərlərdəki əsgərlər gecələr xəritələri oxumaq üçün atəşböcəklərini şüşə qablara yığırdılar.

Bu həşəratların yaydığı işıq zəif olsa da, tam qaranlıq şəraitdə bəzi mətnləri və xəritə üzərindəki işarələri görməyə imkan verirdi. Bununla belə, həmin hekayənin nə dərəcədə geniş yayılmış praktika olduğunu təsdiqləyən tarixi sübutlar məhduddur.

Onlar niyə azalır?

Təəssüf ki, bu gün dünyanın bir çox bölgəsində bu həşəratların sayı azalır. Bunun əsas səbəbləri arasında süni işıqlandırma, pestisidlərdən istifadə, təbii yaşayış mühitlərinin məhv edilməsi və otlaqların həddindən artıq biçilməsi göstərilir.

Süni işıqlandırma xüsusilə təhlükəlidir. Çünki işıldaböcəkləri cüt tapmaq üçün işıq siqnallarından istifadə edirlər. Küçə lampaları, reklam lövhələri və bağların gecə işıqlandırılması bu siqnalların görünməsinə mane olur.

Qanadsız dişilərin vəziyyəti isə daha həssasdır. Onlar təhlükə yarananda uçaraq uzaqlaşa bilmirlər. Otbiçən maşınlar və yaşayış mühitinin məhv edilməsi bütöv bir koloniyaya ciddi zərər vura bilər.

Onları qorumaq üçün böyük tədbirlərə ehtiyac yoxdur. Bağda otların bir hissəsini biçilməmiş saxlamaq, pestisidlərdən mümkün qədər imtina etmək və yay aylarında gecələr lazımsız işıqlandırmanı söndürmək kifayətdir.

Təbiət bu kiçik həşərata qeyri-adi bir xüsusiyyət bəxş edib: qaranlıqda öz işığı ilə yol tapmaq və cütünü çağırmaq.

Bəlkə də işıldaböcəklərinin ən böyük möcüzəsi elə budur: illərlə torpağın və otların arasında yaşayan kiçik bir canlı yetkin həyatının qısa anlarında gecəni işıqlandırır.

Onun bu təbii möcüzəsini qorumaq isə bizim əlimizdədir.

Ağagül Mürsəlov,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Noyabr 2026 08:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see653

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see328

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see312

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see307

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see300

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see297

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see277

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see276

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see269

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see268

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see254

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see252

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see230

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see220

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see219

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see213

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see209

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see205

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri