AFP: Avropa İttifaqı Rusiya ilə danışıqlar qrupunu təsdiqləyib
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa İttifaqı (Aİ) liderləri Dublindəki sammitdə Rusiya ilə ekspert danışıqlarında iştirak edəcək nümayəndə heyətini razılaşdırıblar.
Moderator.az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) Avropa mənbəsinə istinadən məlumat yayıb.
Danışıqlar qrupuna Avropa Komissiyası, Aİ Şurası, Almaniya, Fransa, İtaliya və Polşanın, eləcə də Aİ-yə daxil olmayan Böyük Britaniyanın nümayəndələri daxil olacaqlar.
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar noyabrın 10-11-də Əbu-Dabidə keçirilib. Rusiya nümayəndə heyətinə bu ölkənin prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov rəhbərlik edib. Həmçinin danışıqların başladığı vaxt masa arxasında ABŞ emissarları Stiv Uitkoff və Cared Kuşner, NATO-nun Avropadakı qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç və BƏƏ-nin XİN rəhbəri Abdulla bin Zayed Əl Nəhyan iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 13 Noyabr 2026 23:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















