Icma.az
close
up
RU
Aİ Ukrayna münaqişəsinin tənzimlənməsinə dair sülh planı ilə çıxış edib TAM MƏTN

Aİ Ukrayna münaqişəsinin tənzimlənməsinə dair sülh planı ilə çıxış edib TAM MƏTN

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa İttifaqı Ukrayna münaqişəsinin tənzimlənməsinə dair 24 bəndlik sülh planı ilə çıxış edib.
APA xəbər verir ki, Britaniyanın "The Telegraph" nəşri sənədin tam versiyasını dərc edib.

Qəzetin məlumatına görə, Aİ-nin irəli sürdüyü təkliflər aşağıdakılardır:

Münaqişə dayandırıldıqdan sonra etibarlı sülh və təhlükəsizlik üçün xüsusi tədbirlər görüləcək.

Rusiya və Ukrayna havada, quruda və dənizdə atəşkəsə əməl etməyi öhdəsinə götürür.

Moskva və Kiyev atəşkəsə riayət edilməsi ilə bağlı üçüncü ölkələr tərəfindən nəzarətin təşkilini dərhal müzakirə etməyə başlayır.

Atəşkəsə nəzarəti ABŞ-ın rəhbərliyi altında Ukraynanın müttəfiqləri həyata keçirəcək. Monitorinq əsasən peyklər, PUA-lar və digər texniki vasitələrlə məsafədən aparılacaq.

Tərəflərin atəşkəs pozuntuları barədə hesabat təqdim edə biləcəyi və vəziyyəti düzəltmək üçün tədbirləri müzakirə edəcəyi mexanizm yaradılacaq.

Rusiya bütün deportasiya olunmuş ukraynalı uşaqları geri qaytaracaq. Bu proses beynəlxalq tərəfdaşlar tərəfindən nəzarət altında aparılacaq.

Moskva və Kiyev hərbi əsirləri “hamı-hamıya” prinsipi ilə dəyişəcək, Rusiya bütün saxlanılan mülki şəxsləri azad edəcək.

Ərazi məsələləri hazırkı təmas xətti əsasında müzakirə olunacaq.

Davamlı atəşkəs əldə edildikdən sonra tərəflər humanitar yardım tədbirlərinə başlayacaq.

Ukraynanın suverenliyi təsdiqlənəcək. Kiyev heç bir halda neytrallığa məcbur edilməyəcək.

Ukrayna ABŞ-ın və NATO Nizamnaməsinin 5-ci maddəsinə bənzər hüquqi cəhətdən təmin edilmiş təhlükəsizlik zəmanətləri alacaq.

Ukrayna Silahlı Qüvvələrinə və ölkənin müdafiə sənayesinə heç bir məhdudiyyət qoyulmayacaq.

Avropa ölkələri və digər maraqlı dövlətlər Ukraynanın təhlükəsizliyinin təminatçıları olacaq. Ukrayna öz ərazisində müttəfiq qüvvələr yerləşdirmək hüququna malik olacaq.

Alyansın bütün üzvlərinin razılığı olduğu halda Ukraynanın NATO-ya üzvlüyü mümkün hesab ediləcək.

Ukrayna Avropa İttifaqına üzv olacaq.

Ukrayna nüvə silahından imtina öhdəliyini və Nüvə Silahlarının Yayılmaması Müqaviləsini yerinə yetirməyə davam edəcək.

Ərazi məsələləri Rusiya ilə danışıqlar yolu ilə, tam atəşkəs əldə edildikdən sonra həll ediləcək.

Ərazi məsələləri razılaşdırıldıqdan sonra Rusiya və Ukrayna həmin sərhədlərin güc yolu ilə dəyişdirilməyəcəyini öhdəsinə götürəcək.

Ukrayna ABŞ-ın iştirakı ilə Zaporojye AES üzərində nəzarəti bərpa edəcək, Kaxovka SES üzrə nəzarətin təhvil mexanizmi yaradılacaq.

Ukrayna Dnepr çayı boyunca maneəsiz gəmi hərəkəti hüququ əldə edəcək.

Kiyev və tərəfdaşları iqtisadi əməkdaşlığı heç bir məhdudiyyət olmadan davam etdirəcək.

Ukrayna tam bərpa ediləcək və zərərin ödənilməsi üçün maliyyə kompensasiyası alacaq. Rusiya aktivləri isə Moskva Ukraynaya dəymiş ziyanı ödəyənə qədər dondurulmuş vəziyyətdə qalacaq.

Rusiyaya qarşı sanksiyalar davamlı sülh əldə edildikdən sonra mərhələli şəkildə yumşaldıla bilər, lakin sülh razılaşması pozularsa, yenidən bərpa ediləcək.

Avropada təhlükəsizlik məsələləri üzrə danışıqlar bütün ATƏT ölkələrinin iştirakı ilə başlanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 Noyabr 2025 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri