Aİ Ukrayna üçün mandatı uzatdı KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Avropa İttifaqı Ukraynadakı hərbi təlim missiyasının (EUMAM UA) mandatını 2028-ci ilin noyabr ayına qədər uzadıb və əsgərlərin təlimini sürətləndirmək üçün iki təlim mərkəzini yenidən aktivləşdirmək niyyətində olduğunu açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kalas Aİ müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, Aİ ölkələri Ukrayna hərbi təlim missiyasının təcrübəsinin öyrənilməsinin birinci mərhələsinə başlamaq barədə razılığa gəliblər və onun mandatını iki il müddətinə uzadıblar.
Onun sözlərinə görə, bu, həmçinin Kiyevdə döyüş əməliyyatları təcrübəsinin öyrənilməsi və yeni əsgərlərin təlimində tətbiqi üçün koordinasiya mərkəzinin yaradılmasını nəzərdə tutur.
Avropa diplomatiyasının rəhbəri vurğulayıb ki, Aİ yeni əsgərlərin təlimini sürətləndirmək üçün Ukraynada yerləşən iki təlim mərkəzinin bərpasını sürətləndirmək niyyətindədir. Almaniya, Hollandiya, Danimarka, İrlandiya və Lüksemburq bu məqsədlə maliyyə vəsaiti ayırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 28 Sentyabr 2026 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















