Icma.az
close
up
RU
Aİ Ukraynanın təhlükəsizliyini üzərinə götürür

Aİ Ukraynanın təhlükəsizliyini üzərinə götürür

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Yaxın zamanda Ukraynada yeni proseslər cərəyan edə bilər - qeyd edək ki, son zamanlar ABŞ, Rusiya və Avropa İttifaqı arasında Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar daha da intensivləşib. Demək olar ki, həm Vaşinqton, həm Moskva, həm də Brüssel Ukraynada müharibənin tez bir zamanda sona çatmasında və münaqişənin dondurulmasında maraqlıdır. Artıq Rusiya ilə Ukrayna arasında imzalanması gözlənilən atəşkəs sazişi ilə bağlı yeni detallar ortalığa çıxır.

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib ki, o, Ukraynada bütün tərəflərə uyğun olacaq sülhməramlı kontingentin yerləşdirilməsini zəruri hesab edir. Sözsüz ki, sülhməramlı deyəndə avropalı hərbçilərdən ibarət kontingent nəzərdə tutulur. Çünki Tramp bu fikirlərini onun Ağ Evdə Fransa Prezidenti Makronla görüşü zamanı səsləndirib. Xatırladaq ki, Tramp bundan əvvəl də Avropa ölkələrindən olan sülhməramlıların Ukraynaya göndərilməsinə etiraz etmədiyini bildirmişdi.

Ukraynın təhlükəsizliyi Aİ-yə həvalə olunur?

Bəzi ekspertlər hesab edirlər ki, Makron Trampla bu məsələni ətraflı şəkildə müzakirə edib və ABŞ rəhbərini bu məsələyə tam razı sala bilib. Onların fikrincə, Makron Trampa bildirib ki, Aİ Ukraynanın təhlükəsizliyinə zəmanət vermək və bu yükü öz öhdəsinə götürmək iqtidarındadır.

Makron bəyan edib ki, 30-a yaxın ölkə Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır: “Ukraynada sülhməramlıların yerləşdirilməsi Təhlükəsizlik zəmanətinin bir hissəsidir. Biz avropalılar ətrafımızdakı təhdidləri nəzərə alaraq nə etməli olduğumuzu bilirik. Biz sülh istəyirik ki, bu, Ukraynanın təslim olması anlamına gəlməsin”. Fransanın dövlət rəhbəri, həmçinin əlavə edib ki, Fransa Rusiya ilə dialoqu bərpa etməkdə maraqlıdır:  “İndi Putinlə danışmaq üçün real əsaslar var. Fransa prezidenti olaraq mən prezident Putinlə danışıqlara hazıram”.

Məsələ ilə bağlı politoloq İlyas Hüseynov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Vaşinqton Ukraynanın təhlükəsizliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürmək istəmir. “İlk növbədə qeyd edim ki, Rusiya-Ukrayna müharibəsi və iki ölkə arasındakı münaqişənin nizamlanması beynəlxalq ictimaiyyətin ən önəmli gündəm mövzusuna çevrilib. Hazırda ABŞ ilə Rusiya, eləcə də ABŞ, Ukrayna və Avropa ölkələri arasında qarşılıqlı təmasların və səfərlərin mütəmadi hala çevrildiyinə şahid oluruq. Hesab edirəm ki, üçüncü ilini başa vuran bu müharibə sona çatmağa hazırlaşır. ABŞ və Qərbdəki müəyyən dairələr Ukraynada müharibənin bitməsində maraqlı olsalar da, onlar bu ölkədə əsasən öz maraqlarını güdürlər. Onu da bildirim ki, fevralın 28-də Vaşinqtonda Tramp ilə Zelenski arasında görüş təşkil olunacaq - böyük ehtimalla, bu görüşdə Tramp ABŞ-ın maraqlarını Zelenskinin diqqətinə çatdıracaq.”

Politoloqun sözlərinə görə, Aİ Ukraynanın gələcək təhlükəsizliyinin təminatı məsələsində başlıca rol oynamaq istəyir: “Aİ ilkin olaraq, Ukrayna üzərindən öz təhlükəsizliyini təmin etmək marağındadır, yəni Brüsselin əsas məqsədi Ukraynada sülhməramlı adı altında avropalı hərbçilərdən ibarət kontigent yerləşdirməklə münaqişənin yenidən alovlanmasının qarşısını almaq, həm də Rusiyanın bu ölkənin  mövcud ərazilərinə müdaxiləsinə imkan verməməkdir”. Ardınca İ.Hüseynov əlavə edib: “Makronun Trampla görüşünün mahiyyəti əsasən bu idi. Fransa ilə yanaşı Almaniya və Britaniya da Ukraynada sülhməramlıların yerləşməsinə müsbət yanaşır”.

Sülhpərvər, amma qazanclı

Politoloq Tramp administrasiyasının diqqətinin yalnız iqtisadi hədəflərə yönəldiyini vurğulayıb: “Tramp Ukraynadakı mineral ehtiyatları istismar etmək, Rusiya ilə iqtisadi-ticari və enerji sahəsində əlaqələr qurmaq istəyir. Belə anlaşılır ki, ABŞ yeni dünya nizamında həm özünü sülh tərəfdarı kimi göstərməyə, həm də qazanclı çıxmağa çalışır”.

Yunis ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Fevral 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri