Aİ Ukraynaya Rusiya aktivlərindən kredit verməyi təklif edir
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Aİ Rusiya aktivlərindən Ukrayna üçün silah alışına kredit ayırmağı təklif edib.
Turkustan.az xəbər verir ki, bu barədə “Financial Times”ın əldə etdiyi sənəddə məlumat verilir.
Avropa İttifaqı (Aİ) Ukraynaya təzminat krediti verməyi planlaşdırdığı Rusiya aktivlərinin bir hissəsini ABŞ-dan silah almaq üçün istifadə etməyi təklif edib. Bu təklif Aİ səfirlərinə cümə günü təqdim olunub.
Təklifin ABŞ Prezidenti Donald Trampın Macarıstanda Rusiya lideri Vladimir Putinlə Ukraynadakı müharibəni müzakirə etmək niyyəti barədə yayılan xəbərlər fonunda irəli sürüldüyü bildirilir.
Avropa Komissiyası Rusiyanın genişmiqyaslı işğalından sonra Belçikada yerləşən Euroclear mərkəzi depozitarında dondurulan Rusiya Mərkəzi Bankına məxsus aktivlərdən istifadə edərək, Ukrayna üçün 140 milyard avro dəyərində "reparasiya krediti"nin maliyyələşdirilməsini planlaşdırır.
“Financial Times”ın gördüyü sənədə əsasən, bu kreditin böyük hissəsi silah alışına və Ukrayna ilə Avropanın müdafiə sənayesinə dəstəyə yönəldiləcək. Fransanın tələbi ilə Avropa istehsalı olan silahlara üstünlük verilməsi nəzərdə tutulur.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 17 Oktyabr 2025 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















