Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
24 mart tarixində Brüsseldə Avropa İttifaqı və Çin iki ildən sonra hərbi məsləhətləşmələr keçiriblər.
Ölkə.az Report-a istindən xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin bəyanatında bildirilir.
"Ukrayna, İran və Asiya-Sakit Okean regionu ilə yanaşı, müzakirə olunan mövzular arasında tərksilah, yayılmama və kosmosda təhlükəsizlik məsələləri də olub", - deyə məlumatda qeyd olunub.
Avropa Çin rəhbərliyinə Brüssel və Kiyev arasında razılaşdırılmış şərtlər əsasında Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiyaya təsir göstərməyə, Cənubi Çin dənizində və Tayvan boğazında sabitliyin və naviqasiya azadlığının təmin edilməsində Pekinin məsuliyyəti ilə bağlı çağırış edib.
Aİ-ni Sülh, Təhlükəsizlik və Müdafiə üzrə Avropa Xarici Fəaliyyət Xidmətinin direktoru Benedikte fon Seherr-Thoss, Çin tərəfini isə Çin Xalq Respublikası Mərkəzi Hərbi Komissiyasının Beynəlxalq Hərbi Əməkdaşlıq Departamentinin nümayəndə heyəti təmsil edib.
Bu məsləhətləşmələrin əvvəlki mərhələsi 2024-cü ildə Pekində baş tutmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 25 Mart 2026 22:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















