Icma.az
close
up
RU
Aİ yə üzvlük Ermənistana nə vəd edir?

Aİ yə üzvlük Ermənistana nə vəd edir?

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məğlub Ermənistan illərlə Rusiyanın çətiri altında olmaqdan özünü xoşbəxt sansa da, hazırda siyasi oriyentasiyasını dəyişib. Rəsmi İrəvan Moskvaya arxa çevirərək üzünü Qərbə tutub. Nə qədər təəccüblü görünsə də, ölkədə Avropa İttifaqına (Aİ ) üzvlük prosedurlarına start verilib. Belə ki, Nikol Paşinyanın rəhbərlik etdiyi  hökumət “Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinə başlamaq haqqında” qanun layihəsini təsdiqləyib. Bundan sonra sənəd parlamentə göndərilib. Ermənistan parlamentinin Avropaya inteqrasiya üzrə komissiyası yanvarın 24-də qanun layihəsinə müsbət rəy verib və sənəd plenar iclasda müzakirələrə tövsiyə edilib.  N.Paşinyan bildirib ki, müvafiq  qanunun qəbulundan sonra Avropa İttifaqı ilə birgə müzakirələr aparılmalı və yol xəritəsi hazırlanmalıdır.

Geosiyasi oyunun tərkib hissəsi

Bir vaxtlar ermənilər ölkələrinin Avropa İttifaqına üzvlüyünü heç xəyallarından belə keçirmirdilər. Bu, Ermənistanın Rusiyadan sıx asılılığı fonunda  mümkünsüz görünürdü. Bəs birdən-birə nə dəyişdi ki, Ermənistanın qarşısında Aİ-yə üzvlük perspektivləri açıldı? Ermənistan kimi bir ölkədə Aİ-yə üzvlüyün gündəmə gətirilməsi sırf sitüativ məqamlarla bağlıdır. Buna geosiyasi oyunların tərkib hissəsi kimi yanaşmaq daha məntiqli olardı.  Məlumdur ki, bir sıra güc mərkəzləri hazırda açıq müstəviyə keçən Qlobal Şərq-Qlobal Qərb qarşıdurmasında öz maraqlarını həm də Cənubi Qafqaz üzərindən reallaşdırmağa çalışırlar. Kollektiv Qərb regionda Rusiyanın maraqlarına zərbə vurmaq və öz mövcudluğunu genişlənirmək istəyir. Azərbaycan milli maraqlardan, suverenlik prinsiplərindən çıxış etməklə beynəlxalq güclərin regiona nüfuz etmək siyasətinə qarşı çıxış edir. Bakı ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, güc mərkəzlərinin qonşu dövlətlərə qarşı planlarında iştirak etməyəcək, ölkə ərazisindən plasdarm kimi istifadə olunmasına imkan verməyəcək. Gürcüstan da regionda əməkdaşlıq və sabitlik mövqeyindən çıxış edir. Belə prisipial mövqe tutduqlarına görə həm Azərbaycan, həm də Gürcüstan bir sıra Qərb dairələrinin əsassız hücumlarına məruz qalırlar. Məhz qərəzli, milli maraqlara uyğun gəlməyən yanaşmalara görə ötən il Azərbaycanın, cari ildə isə Gürcüstanın nümayəndə heyətləri Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətlərini dayandırıblar.

Ermənistana gəldikdə isə tamam fərqli mənzərə müşahidə edilir. Ermənistanın fürsətcil dövlət olduğu dəfələrlə təsdiqini tapıb. Bu ölkə öz mövcudluğuna görə bütünlüklə Rusiyaya borcludur. Bu gün də Ermənistanın Rusiyadan asılılığı kifayət qədər yüksək səviyyədədir. Bununla belə, fürsətcil Ermənistan şimal qonşumuzun indiki çətinliklərini nəzərə almaqla siyasi oriyentasiyasını dəyişməyə, Qərbin Cənubi Qafqazda mövcudluğunu təmin etmək planlarında yer almağa qərar verib ki, bu da  rəsmi İrəvanın riyakarlığını bütün  cəhətləri ilə bir daha açıb göstərir.

Ermənistanın növbəti utopiyası

Aİ-yə üzvlük planları Ermənistanın növbəti utopiyasından başqa bir şey deyil. Bu ölkənin Aİ ilə sərhədləri yoxdur. Bundan başqa, Ermənistan resursları olmayan kiçik dövlətdir. Belə bir maionet dövlətin Aİ-yə hansısa bir fayda verəcəyini düşünmək sadəlövhlük olardı. Quruma üzvlüyün çətin bir proses olduğu da məlumdur. Bundan ötrü namizəd ölkə üzərinə öhdəliklər götürməli və onlara əməl etməlidir. İndiki vəziyyətində İrəvanın bu çətin prosesdən keçməyə gücü və potensialı yoxdur.

Ermənistanın Aİ-yə üzvlük yolunu mümkünsüz edən ən böyük maneə isə, heç şübhəsiz ki, Avrasiya İqtisadi İttifaqıdır. Ermənistan hazırda Aİİ-nin üzvüdür və burada imtiyazlardan gen-bol bəhrələnir. Aİİ-yə üzvlük Ermənistanın rəqib quruma -Aİ-yə üzvlüyünü istisna edir. Avropa Komissiyası müxtəlif səviyyələrdə dəfələrlə bəyan edib ki, Avropa İttifaqına  və Avrasiya İttifaqına eyni vaxtda üzvlük mümkün deyil. Brüsselin bu mövqeyini dəyişdiyinə dair heç bir məliumat yoxdur.

Ermənistanın Aİ-yə üzv olmaq planları həmçinin Rusiyada və bütövlükdə Aİİ-də də birmənalı qarşılanmayıb.  Rusiya prezidentinin mətbuat katibi D.Peskov bildirib ki, bu, Ermənistanın suveren hüququdur. Amma Aİ-nin bu məsələdə mövqeyi nəzərə alınmalıdır. Eyni zamanda, Kreml rəsmisi vurğulayıb ki, Aİİ üzvlüyü Ermənistana və xalqına çox müsbət dividentlər verir: “Amma Ermənistan həm Aİİ-nin, həm də Aİ-nin üzvü ola bilməz”.

Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Rusiya Ermənistanın Avropa İttifaqına daxil olmasının müzakirəsini Avrasiya İqtisadi İttifaqından çıxışın başlanğıcı kimi qiymətləndirir. Onun sözlərinə görə, Kreml iqtisadi siyasətini Ermənistanla bu şəraiti nəzərə alaraq quracaq. “Avrasiya İqtisadi İttifaqı və MDB ilə əməkdaşlıq etməmək Ermənistana çətin olacaq”. Bu fikir isə Aİİ-nin baş katibi Sergey Lebedev ifadə edib. “Ermənistan xalqı üçün əlavə çətinliklər, problemlər nəyə lazımdır? MDB ölkələri və Belarus, bildiyim qədər Ermənistana bu qarşılıqlı əlaqəni qoruyub saxlamağa kömək etməyə hazırdır”, - deyə o qeyd edib.

İqtidarın tərəddüdləri, cəmiyyətin bədbinliyi

Ermənistan iqtidarı hər nə qədər Qərbə inteqrasiyanın vacibliyindən danışsa da, rəsmi İrəvanın çaşqınlıq və tərddüdlər içində olduğu da aydın sezilir. Məlumdur ki, N.Paşinyanın komandasının üzvləri Ermənistanın Aİ-yə inteqrasiyasını cəmiyyətə iqtidarın böyük uğuru kimi sırımağa çalışır, bunu müstəsna nailiyyət kimi təqdim edir. Lakin N.Paşinyan, A.Mirzoyan və digərləri Aİİ səviyyəsində, o cümlədən Moskvada aparılan müzakirələrdə eyni qətiyyəti nümayiş etdirmirlər. Məsələn, Ermənistan XİN-in rəhbəri A.Mirzoyan bir qədər bundan əvvəl Moskvada Rusiyalı həmkarı S.Lavrovla mətbut konfransında Aİ mövzusunda kifayət qədər ehtiyatlı danışıb, bunu əsasən cəmiyyətdən gələn təşəbbüs kimi dəyərləndirib.Sitat: “Ermənistan hökumətinin qəbul etdiyi Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsində heç bir müddət və mexanizmdən söhbət getmir. Bu, vətəndaş cəmiyyətinin təşəbbüsüdür, təşkilatlar lazımi 50 min səsi toplayıb, bu təşəbbüs avtomatik olaraq qanun layihəsinə çevrilib və bu qanun layihəsi parlamentdə səsverməyə qoyulacaq”.

Eyni zamanda, Aİ-yə üzvlük məsələsinin gündəmə gəlməsi Ermənistan cəmiyyətində heç də xoş əhval-ruhiyyə yaratmayıb. Əksinə burada daha çox Aİ-yə üzvlüyün Ermənistan üçün mənfi nəticələr verəcəyi daha çox müzakirə olunur. Narahatlıq yaradan əsas məsələ Aİ-yə üzvlüyün reallaşacağı təqdirdə ölkənin üzləşə biləcəyi itkilərlə bağlıdır. Bu gün Aİ ilə ticarət dövriyyəsinin azalması fonunda Ermənistanın Aİİ-nin drayveri sayılan Rusiya ilə ikitərəfli əlaqələrinin sıçrayışla genişlənməsi xüsusi diqqət çəkir. Ötən il Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 12 milyard dollar səviyyəsinə çatıb. Sual olunur: Aİ -yə üzvlük müqabilində bu həcmdə ticarətdən imtina etmək nə dərəcədə məntiqlidir? O da əlavə olunur ki, 2024-cü ildə Rusiya ilə ticarət dövriyyəsinin artması fonunda Ermənistanın Aİ ilə ticarət dövriyyəsi 20 faiz azalıb. Erməni eksperlərinin qənaətinə görə, Aİ-yə inteqrasiya həmçinin  Ermənistanın İranla əlaqələrinə də mənfi təsirsiz ötüşməyəcək. Beləliklə də, ölkənin təcrid vəziyyəti daha da dərinləşəcək. “Avroatlantik məkana inteqrasiya prosesinin davam etdirilməsi Ermənistanda yerli istehsalın sonunu gətirəcək və demoqrafik vəziyyəti daha da pisləçdirəcək”, - deyə “Alternativ” tədqiqt mərkəzinin rəhbəri Tatul Manasepyan bildirib.

MÜBARİZ FEYİZLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Fevral 2025 08:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri