Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Xəzər dənizinin səviyyəsinin azalması nəticəsində sahilboyu ərazilərdə yeni quru sahələr yaranıb. Vaxtilə su altında olan ərazilər artıq quruya çevrilib. Dənizin geri çəkilməsi nəticəsində yaranan torpaq sahələrinin ümumi ərazisi 20 min hektarı ötüb.
BAKU.WS İctimai TV-yə istinadən xəbər verir ki, Xəzər dənizi sahilboyu ərazilərin bəzi hissələrində təxminən 800 metr geri çəkilib.
Bu proses həm sahil mənzərəsini dəyişir, həm də yeni torpaq sahələrinin yaranmasına səbəb olur. Hazırda əsas müzakirə mövzularından biri həmin ərazilərin gələcək taleyi və hansı məqsədlər üçün istifadə ediləcəyidir.
Lakin diqqətdən kənarda qalmamalı olan digər bir məqam da var. Dənizin geri çəkilməsi nəticəsində yaranan torpaq sahələrinin istifadəyə verilməsi gələcəkdə müəyyən risklər yarada bilər. Çünki Xəzərin səviyyəsi daim dəyişir. Suyun səviyyəsi yenidən yüksələrsə, bu ərazilər təkrar su altında qala bilər. Belə olan halda həmin torpaqlarda tikinti işlərinin aparılmasına və digər təsərrüfat fəaliyyətlərinə icazə verilməsi nə dərəcədə məqsədəuyğundur?
Məsələ ilə bağlı ekoloq Samir İsayev münasibət bildirib.
Onun sözlərinə görə, əsaslı infrastruktur yaradılmadan bu ərazilərdən istifadə etmək mümkündür:
"Xəzər dənizinin səviyyəsi qalxdıqca həmin qeyri-əsaslı tikililər sökülə və sahildən daha uzaq ərazilərə köçürülə bilər. İcarədarlar da bu barədə məlumatlandırılmalıdırlar ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsi nəticəsində onların obyektlərinə və ya ərazilərdən istifadə imkanlarına dəyə biləcək zərərin qarşısını almaq üçün dənizin səviyyəsi ilə bağlı göstəriciləri nəzərə alsınlar".
Baxış sayı:94
Bu xəbər 24 Noyabr 2026 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















