Icma.az
close
up
RU
AİB in enerji təchizatı zəncirində Azərbaycan önəmli həlqədir

AİB in enerji təchizatı zəncirində Azərbaycan önəmli həlqədir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Asiya İnkişaf Bankı (AİB) gələcək nəsillər üçün böyük miras ola biləcək təhlükəsiz və səmərəli enerji təchizatı zəncirinin qurulması məqsədilə həm Azərbaycanla, həm də Asiya və Avropanın daha geniş coğrafiyası çərçivəsində əməkdaşlığın genişləndirilməsini dəstəkləməyə hazırdır.

AİB-in Enerji Sektoru Departamentinin direktoru Cunho Hvan Cənub Qaz Dəhlizi və Yaşıl Enerji üzrə Məşvərət Şuraları çərçivəsində nazirlərin Bakıda keçirilən görüşlərində bildirib ki, təmsil etdiyi qurumun enerji siyasəti ekoloji standartlara ciddi riayət etməklə etibarlı, sərfəli və dayanıqlı enerjinin gerçəkləşdirilməsi prinsiplərinə əsaslanır.

Onun sözlərinə görə, iqlim dəyişikliyi və qlobal geosiyasi dəyişikliklər fonunda enerji təhlükəsizliyini prioritet məsələ etmək – özü də təkcə ayrı-ayrı ölkələr üçün deyil, bütün region üçün – həmişəkindən daha vacibdir. Bu, davamlı iqtisadi inkişafın əsasını təşkil edir. Davam edən qeyri-müəyyənlik kontekstində Cənub Qaz Dəhlizinin əhəmiyyəti xüsusilə diqqət çəkir. Bu dəhliz enerji bazarının dayanıqlığını artırmaq və şaxələndirmək üçün həyati vacib marşrut rolunu oynayır.

AİB-in departament direktoru təmsil etdiyi maliyyə qurumunun uzun müddətdir ki, Cənub Qaz Dəhlizinin etibarlı tərəfdaşı olduğunu, 500 milyon ABŞ dollarından artıq məbləğdə qismən kredit zəmanətinin “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsinə qoyulduğunu vurğulayıb.

Yeri gəlmişkən, AİB-in ölkəmizlə əməkdaşlığının bəzi məqamlarını diqqətə çatdırmaq istərdik. Əvvəlcə onu deyək ki, Azərbaycan və sözügedən maliyyə qurumu arasında əlaqələrin həyata keçirildiyi illər ərzində respublikamızın bankla tərəfdaşlığı getdikcə dərinləşib. AİB ətraf mühit, rəqəmsal inkişaf, dövlət – özəl sektor tərəfdaşlığı, enerji, ölkəmizin tranzit-logistika potensialının artırılması və müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirakı daim diqqətdə saxlanılıb.

AİB-in Azərbaycanla əməkdaşlığından bəhs edərkən onu da bildirək ki, son dövrlər ölkəmizin maliyyə-bank sisteminin sağlamlaşdırılması və monetar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləşdirilməsi, eləcə də beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində çoxsaylı layihələr gerçəkləşdirilib. Dövlət başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə bununla bağlı nəzərdə tutulan müəyyən tədbirlərin icrası diqqət mərkəzində saxlanılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası 1999-cu il oktyabrın 20-də Asiya İnkişaf Bankına üzvlüyə qəbul olunub. 2004-cü ilin noyabr ayından etibarən isə təşkilatın ölkəmizdə nümayəndəliyi fəaliyyətə başlayıb. Azərbaycanın AİB-in səhmlərində payı 0,447 faizə çatdırılıb. Ötən müddətdə Azərbaycan Respublikası AİB-dən ümumi dəyəri, təxminən, 5 milyard dollardan çox olan kredit, qrant və texniki yardımlar əldə edib.

Bu layihələr əsasən maliyyə, dövlət sektorunun idarə edilməsi, kənd təsərrüfatı, enerji, səhiyyə, su idarəçiliyi və nəqliyyat sahələrinə aiddir. Hökumətin Milli İqtisadiyyat Perspektivi üzrə Strateji Yol Xəritəsinə dəstək olaraq AİB-in Azərbaycana qısa və orta müddətli yardımı dövlət sektorunun idarə etməsi, nəqliyyat və enerji, eləcə də şəhər yerlərinin infrastrukturu və özəl sektorun inkişafı sahələrində əməliyyatları ehtiva edəcək.

Azərbaycanla AİB arasında səmərəli əməkdaşlıqdan danışarkən, onu da qeyd etməliyik ki, bank tərəfindən ayrılan investisiya əsasən infrastruktur sahəsinə yönəldilib. Məsələn, elektrik enerjisinin istehsalı, dəmir yolu tikintisi, yol salınması, su və kanalizasiya ilə bağlı çoxsaylı layihələrin gerçəkləşdirilməsi bunun bariz ifadəsidir.

Yuxarıda qeyd edilənlər barədə AİB-in Azərbaycan üzrə direktoru Sunniya Durrani-Camal Azərbaycan mediasına müsahibəsində deyib: “Azərbaycan ilə Asiya İnkişaf Bankı arasındakı tərəfdaşlıq yarandığı vaxtdan indiyədək bu maliyyə qurumu tərəfindən ölkənin dayanıqlı inkişafını dəstəkləmək üçün 5 milyard dollardan çox vəsait ayrılıb. Bu investisiyaların əsas diqqəti hökumətin prioritet sahələrinə, o cümlədən enerji, nəqliyyat, su təchizatı, kanalizasiya və digər şəhər xidmətlərinə yönəlib. Biz, ilk növbədə, dövlət sektoruna dəstək vermişik, lakin hazırda özəl sektorda, xüsusilə bərpaolunan enerji sahəsində iştirakımızı artırırıq. AİB-in infrastruktur layihələri əhalinin əsas xidmətlərə çıxışını yaxşılaşdırmağa, iqtisadi imkanları genişləndirməyə və sosial inteqrasiyanı gücləndirməyə kömək edib”.

AİB-in Azərbaycan üzrə direktorunun sözlərinə görə, son üç il ərzində AİB ölkəmizin “yaşıl” enerji sahəsindəki proqramını fəal şəkildə dəstəkləyib və mühüm günəş elektrik stansiyalarının birgə maliyyələşdirilməsində iştirak edib. 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası ölkədə AİB-in “yaşıl” enerji sahəsindəki ilk layihəsi olub və 2023-cü ilin payızında istismara verilib.

2024-cü ilin noyabrında COP29 zamanı AİB bərpaolunan enerji sektoruna yatırımlarını artırıb, “Masdar” və “SOCAR Green” ilə əməkdaşlığa başlayıb. Bu tərəfdaşlıq çərçivəsində 160 milyon dollar dəyərində saziş imzalanıb. Bunun 48 milyon dollaradək hissəsi Biləsuvar Elektrik Stansiyası, 33,5 milyon dollaradək hissəsi isə Neftçala Elektrik Stansiyası üçün AİB-in kapital resursları hesabına maliyyələşdirilib. Həmçinin AİB tərəfindən idarə olunan “Leading Asia’s Private Infrastructure Fund 2” (LEAP2) Biləsuvar Elektrik Stansiyası üçün 46 milyon dollaradək, Neftçala Elektrik Stansiyası üçün isə 32 milyon dollaradək vəsait ayırıb.

Bundan başqa, 2024-cü ildə AİB Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafına 171,5 milyon dollar ayırıb. Bunun 131,5 milyon dolları əsas dəmir yolu xəttinin moderniləşdirilməsinə, 47 milyon dolları isə əməliyyatların rəqəmsallaşdırılmasına yönəldilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Aprel 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri