Icma.az
close
up
RU
Azərbaycan İƏT in əməkdaşlıq missiyasına önəmli dəstək verir

Azərbaycan İƏT in əməkdaşlıq missiyasına önəmli dəstək verir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gələn ay İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) sammitinin Bakıda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasının, həmçinin regional əməkdaşlıqda oynadığı fəal və konstruktiv rolun məntiqi nəticəsidir. Bu mötəbər tədbir isə Azərbaycan ilə İƏT arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoymasına şərait yaradacaq və təşkilatın gündəliyində duran əsas məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayacaq. 

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə İran, Türkiyə və Pakistan arasında regional iqtisadi əməkdaşlığı gücləndirmək məqsədilə yaradılıb. Bu təşəbbüs, əslində, 1964-cü ildən fəaliyyət göstərən Regional İnkişaf üçün Əməkdaşlıq Təşkilatının (RCD) davamı olub. 1979-cu ildə isə bu strukturun fəaliyyətinin dayanmasından sonra yeni regional mexanizmin formalaşdırılması zərurəti vurğulanıb. 

Soyuq müharibədən sonrakı dövrdə ­geosiyasi xəritənin dəyişməsi, yeni müstəqil dövlətlərin meydana çıxması və qloballaşan iqtisadi çağırışlar regional inteqrasiyanı daha da aktuallaşdırdı. Bu baxımdan İƏT-in fəaliyyəti təkcə iqtisadi deyil, həm də nəqliyyat, enerji, ticarət, turizm, kənd təsərrüfatı və digər sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq modelinə çevrildi.

İƏT 1992-ci ildə böyük bir genişlənmə mərhələsinə qədəm qoydu. Məhz həmin il Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstan bu təşkilata üzv qəbul olundu. Bununla da qurumun coğrafi əhatə dairəsi Orta Asiyadan Qafqaza, Yaxın Şərqdən Cənubi Asiyaya qədər genişləndi. Belə bir genişlənmə isə həm təşkilatın gücünü artırdı, həm də fərqli iqtisadi modellərə və inkişaf səviyyələrinə malik ölkələr arasında körpü yaratdı. Nəticədə, qurum daxilində qarşılıqlı investisiya təşviqi, birgə nəqliyyat layihələri, enerji resurslarının mübadiləsi və ticarət əlaqələrinin asanlaşdırılması istiqamətində konkret addımların atılmasına başlandı.

Azərbaycan İƏT-in fəal və təşəbbüskar üzvlərindən biri kimi regional əməkdaşlıq platformalarında iştirakı daim diqqətdə saxlayıb. Respublikamızın geosiyasi mövqeyi, nəqliyyat-logistika imkanları və enerji resursları ölkəmizi İƏT üçün strateji tərəfdaşa çevirib. Bu baxımdan Bakı–Tbilisi–Qars dəmir yolu, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi layihələr İƏT məkanında inteqrasiyanı gücləndirən mühüm vasitələrdir. 

Azərbaycan indiyədək həm də nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması və “yaşıl” enerji əməkdaşlığı sahəsində İƏT çərçivəsində bir sıra təşəbbüslərlə çıxış edib. 2021-ci ildə bu təşkilatın Turizm Nazirləri Şurasının Bakıda keçirilən toplantısı və 2023-cü ildə İƏT Gənclər Forumu kimi tədbirlər də Azərbaycanın quruma verdiyi əhəmiyyətin göstəriciləridir.

Gələn ay keçiriləcək Bakı Sammiti İƏT-in gündəliyində duran mühüm məsələlərin, xüsusilə də regional ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi, dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi və ərzaq təhlükəsizliyinin müzakirəsi baxımından olduqca əhəmiyyətlidir.

Eyni zamanda, bu sammit Azərbaycanın təşkilatda rəhbər funksiyalarını daha da gücləndirməsinə və regional təşəbbüslərinin dəstək qazanmasına imkan yaradacaq. Sammit çərçivəsində qəbul olunacaq Bakı Bəyannaməsi isə əməkdaşlıq gündəliyinə yeni nəfəs verəcək.

Samir HEYDƏROV,
iqtisadçı ekspert 

İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi ortaq din və mentalitet birliyi olan üzv ölkələrin iqtisadi əməkdaşlığını artırmaqdır. Hazırda təşkilata 10 ölkə daxildir. Azərbaycanın təşkilata üzv ölkələrlə iqtisadi-ticari əlaqələri artan dinamika üzrə inkişaf edir. Belə ki, 2024-cü ilin göstəricilərinə görə, qardaş Türkiyə ilə iqtisadi ticarət həcmi 7,9 milyard dollardır. 

Ticarət həcmi Azərbaycanın bu ölkələrlə olan toplam ticarət dövriyyəsinin 77 faizini təşkil edir. Digər ölkələrin də payı məhz qonşuluq prinsipi üzrə bölünür. Məsələn, İranla ötən ilki ticarət dövriyyəmiz 647 milyon dollar olub ki, bu da İƏT üzvləri ilə ticarət dövriyyəmizin 8,9 faizinə bərabərdir.

Ötən il Qazaxıstanla illik ticarətimiz 470 milyon dollar və ya təşkilatdaxili toplam ticarətimizin 6 faizinə bərabər olub. Digər yaxın qonşumuz Türkmənistanla illik ticarət dövriyyəmiz isə 384 milyon dollar və ya ümumi dövriyyənin 4,9 faizinə bərabərdir. 

Özbəkistanla Azərbaycan arasında 2024-cü il üçün ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 40 faiz artaraq 252 milyon dollara yüksəlib. 2024-cü ildə Pakistan ilə ticarət dövriyyəmiz 22 milyon dollar, Əfqanıstanla 800 min dollar, Tacikistan ilə 7 milyon dollar, Qırğızıstan ilə 4 milyon dollar olub.

Göründüyü kimi, təşkilata üzv bir çox ölkələrlə ticarət dövriyyəmiz mövcud potensialı əks etdirmir. Buna səbəb kimi qeyd olunan ölkələrdə logistika və nəqliyyat infrastrukturunun inkişaf etməməsi, enerji sahəsində investisiyaların qıtlığı və geosiyasi risklər ola bilər. Bu ölkələr çox nadir metallarla zəngindirlər. Əfqanıstan litium, nikel, kobalt, mərmər və nadir metallarla zəngindir ki, bu gün həmin metallardan yüksək texnoloji məhsulların istehsalında istifadə olunur. 

Əfqanıstan litium yataqlarına malik olmaqla hər zaman böyük güclərin diqqətini cəlb edib. Əbəs yerə bu ölkəni litiumun Səudiyyəsi adlandırmırlar. Litium bu gün litium-ion batareyalarının hazırlanmasında əsas maddə kimi istifadə olunur. Bu nadir sərvətin enerji saxlamaq qabiliyyəti var. Tacikistanda qızıl, gümüş, uran yataqları, alüminium oksid, civə və s. var. Qırğızıstan isə qızıl və gümüşlə yanaşı, polimetallarla zəngindir. Bir sözlə, region çox zəngin təbii sərvətlərə malikdir ki, bu da iqtisadi ticarət əlaqələrimizin yeni səviyyəyə yüksəlməsində nəzərə alına bilər.

Litium gələcəkdə texnologiyada, enerjidə, nəqliyyatda yanacaq kimi istifadə olunacaq. Başqa sözlə, bu, nefti əvəz edəcək. Ümumiyyətlə, litiumsuz “yaşıl” enerjiyə keçid qeyri-mümkündür. Bu gün Ukraynada müharibənin alt qatında duran əsas səbəblərdən biri litium uğrunda mübarizədir. Çünki Ukrayna Avropada ən böyük litium yataqlarına malikdir. XX əsrin əvvəlində ölkələr neft uğrunda müharibə aparırdılar, indi də savaşların litium yataqları üzərində olduğu müşahidə edilir. 

Bu istiqamətdə Ələt Azad İqtisadi Zonasında Çinin BYD şirkəti ilə birgə elektrik batareyalarının istehsalı zavodunun tikintisi planlaşdırılır. Bununla da, gələcəkdə litiumun emalını əhatə etməklə istehsal zəncirində yeni bir mərhələnin əsasının qoyulması nəzərdə tutulur.

Sonda qeyd edim ki, Azərbaycan regional iqtisadi əməkdaşlığın dərinləşməsində maraqlıdır. Burada xüsusilə Prezident İlham Əliyevin uğurlu xarici diplomatiyasının mühüm istiqamətlərindən biri olan mehriban qonşuluq siyasətinin nəticələrini qeyd etmək lazımdır. Gələn ay keçiriləcək sammitdə də bu məsələlər müzakirə olunacaq və əməkdaşlığın yeni mərhələyə keçməsi üçün vacib məsələlərin həlli istiqamətində mühüm addımlar atılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 May 2025 02:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see227

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see172

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see161

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see155

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see154

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see139

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see139

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see136

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see135

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see134

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri