Icma.az
close
up
RU
Əlcəzair, Tunis və Mavritaniya mətbuatında görkəmli şərqşünas alim Aida İmanquliyeva haqqında məqalə yayımlanıb

Əlcəzair, Tunis və Mavritaniya mətbuatında görkəmli şərqşünas alim Aida İmanquliyeva haqqında məqalə yayımlanıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 oktyabr, AZƏRTAC

Əlcəzairin “Əl Hərir”, Tunisin “Shams-alyaoum”, Mavritaniyanın “tanidmedia.net” və “elmouritany.info” xəbər portallarında “Aida İmanquliyeva – Azərbaycan şərqşünaslığının qabaqcıl nümayəndəsi və XX əsrin görkəmli mədəniyyət xadimlərindən biridir” sərlövhəli məqalə yayımlanıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Aida İmanquliyevanın təhsil yolu, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb filologiyası üzrə təhsili, SSRİ Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunda doktorantura illəri və Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutundakı elmi fəaliyyəti haqqında geniş məlumat verilir.

Eyni zamanda, onun “Mixail Nüaymə və Qələm Birliyi”, “Cübran Xəlil Cübran” və “Yeni ərəb ədəbiyyatının öncülləri” kimi elmi əsərləri, 70-dən çox elmi məqaləsi və şərq ədəbiyyatının öyrənilməsinə verdiyi töhfələr vurğulanır. Bildirilir ki, Aida İmanquliyevanın rəhbərliyi ilə ərəb filologiyası sahəsində onlarla elmi iş müdafiə edilib, yeni tədqiqatçılar nəsli yetişdirilib.

Yazıda, həmçinin onun beynəlxalq elmi konfranslardakı çıxışları, Azərbaycan şərqşünaslıq məktəbinin beynəlxalq aləmdə tanıdılmasında rolu, eləcə də ictimai və pedaqoji fəaliyyəti işıqlandırılır.

Yazı Aida İmanquliyevanın 1992-ci ildə vəfat etməsinə baxmayaraq, onun zəngin elmi irsinin bu gün də həm Azərbaycan, həm də ərəb dünyasında yüksək dəyərləndirildiyini, adının elmi və mədəni tarixdə əbədi yaşadığını vurğulayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Oktyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri