AİİB Bakı Metropoliteninin inkişafı ilə bağlı layihələrdə iştirak edə bilər
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı Metropoliteninin inkişaf etdirilməsi ilə bağlı təşəbbüs və layihələrin icrasının maliyyələşdirilməsində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) iştirakı ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Bakıvaxtı.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, müzakirələr QSC-nin sədri Vüsal Aslanovun Azərbaycanda səfərdə olan AİİB-in baş investisiya direktoru Konstantin Limitovksi ilə keçirdiyi görüşdə baş tutub.
Görüşdə AİİB nümayəndələrinə 2030-cu ilə qədər Bakıda Metropolitenin inkişaf perspektivləri, yeni 10 stansiyanın inşası, digər layihələr və onların əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, şəhər nəqliyyatında mövcud çətinliklərin aradan qaldırılması məqsədilə metropolitenin inkişaf etdirilməsi prioritet vəzifələrdəndir.
Bakı mobillik planı aspektindən metropolitenin inkişaf planı xüsusi müzakirə mövzusu olub.
Qarşılıqlı əməkdaşlıq perspektivlərinin diqqətdə saxlanılması və görüşlərin keçirilməsi razılaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 16 Yanvar 2025 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















