İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrail Prezidenti İsxak Hersoq yeni hakim koalisiyanın formalaşdırılması tapşırılacaq siyasətçinin adını noyabrın 8-də elan edəcək.
"Report" xəbər verir ki, bu barədə İsrail Prezidenti oktyabrın 27-də keçirilmiş seçkilərin yekunlarına əsasən Knessetə (parlament) daxil olan bütün partiyaların nümayəndələri ilə məsləhətləşmələrdən sonra bildirib.
Hersoq qeyd edib ki, tövsiyələrin böyük əksəriyyətini aparıcı müxalifət partiyası olan "Yaşar"ın lideri Qadi Ayzenkot və seçkilərdə səs sayına görə birinci yeri tutan "Likud" partiyasına rəhbərlik edən baş nazir Benyamin Netanyahu alıb. Üstünlük Ayzenkotda qalıb: onun namizədliyini 120 deputatdan 67-si dəstəkləyib, 46 nəfər isə Netanyahunun lehinə çıxış edib. Daha yeddi deputat bitərəf qalıb.
Xatırladaq ki, oktyabrın 27-də keçirilən seçkilərin nəticələrinə görə, iki blokdan heç biri parlamentdə səs çoxluğu əldə edə bilməyib. Netanyahunun "Likud" partiyası və onun müttəfiqləri Knessetdəki 120 yerdən 53-nü tutub, Ayzenkotun "Yaşar" partiyası və digər üç müxalifət partiyası isə 48 mandat alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 06 Noyabr 2026 01:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















