Icma.az
close
up
RU
Uşaqda insultu necə bilməliyik?

Uşaqda insultu necə bilməliyik?

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Uşaqlarda insult – beyin qansızması böyüklərə nisbətən az rast gəlinsə də, bu hal anadangəlmə ürək qüsurları, damar xəstəlikləri və ya anomaliyaları, qan laxtalanması pozğunluqları, bəzən isə baş və ya boyun zədələnmələri, yaxud infeksiyalar nəticəsində baş verə bilər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, Ümumdünya İnsultla Mübarizə Günündə Rusiya Uşaq Klinik Xəstəxanasının neyrocərrahiyyə şöbəsinin nevroloqu İrina Rasskazçikova uşaqlarda bu təhlükəli vəziyyəti necə müəyyən etmək lazım olduğunu izah edib:

“Əsas xəbərdaredici əlamət nevroloji pozuntuların qəfil meydana çıxmasıdır. Məsələn, uşağın hərəkətləri və ya danışığı dəyişə, tarazlığı pozula, görmə problemləri yarana və ya uşaq qeyri-adi dərəcədə yuxulu ola bilər.

Əgər qol və ya ayaqda – xüsusilə bədənin bir tərəfində – zəiflik və ya keyimə, üzün qəfil asimmetriyası (məsələn, təbəssümün əyri olması), danışmaqda və ya danışılanı anlamaqda çətinlik, tarazlıq və ya koordinasiyanın kəskin pozulması, yeriməkdə çətinlik, qəfil ikiqat görmə və ya görmə itkisi, qeyri-adi dərəcədə şiddətli baş ağrısı (xüsusilə qusma ilə müşayiət olunarsa), qıcolma (xüsusən də uşaqda ilk dəfə baş verirsə), yaxud qəfil və dərin yuxululuq, şüurun qarışması və ya itirilməsi kimi əlamətlər müşahidə edirsinizsə, dərhal narahat olmalı və tədbir görməlisiniz".

Körpələrdə və azyaşlı uşaqlarda beyin qan dövranının pozulması əlamətləri çox vaxt nəzərə çarpmaya bilər. Bəzən ilk əlamət qıcolma ola bilər, bədənin bir tərəfindəki zəiflik isə dərhal hiss olunmaya bilər.

İnsult şübhəsi olduqda, uşaq xəstəxana şəraitində təcili tibbi müayinədən keçməlidir. Həkim qeyd edib ki, işemik insult zamanı bəzi xəstələrə qan laxtasını əridən dərmanlar verilə bilər və ya damardakı laxtanı çıxarmaq üçün endovaskulyar (damardaxili) müdaxilə həyata keçirilə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://axar.az
archiveBu xəbər 06 Noyabr 2026 02:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see311

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see308

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see306

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see305

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see296

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see291

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see287

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see262

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see258

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see254

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see251

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see251

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see249

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see240

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see238

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see237

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see236

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see207

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri