Ramos Ronaldunun qərarına təəccübləndi, Silva isə təşəkkür etdi
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Kriştianu Ronaldunun Portuqaliya millisində karyerasını başa vurması keçmiş və indiki komanda yoldaşlarının reaksiyasına səbəb olub. Serxio Ramos və Bernardu Silva sosial şəbəkələrdə 41 yaşlı futbolçuya müraciət ediblər.
İdman.Biz xəbər verir ki, “Real Madrid”də Ronaldu ilə birlikdə çıxış etmiş Ramos portuqaliyalının vida paylaşımına təəccübünü gizlətmədən şərh yazıb.
“Doğrudan?! Ha-ha-ha. Əsl vəhşisən. Artıq həyatda başqa şeylərdən zövq almağın vaxtıdır”, - deyə ispaniyalı müdafiəçi qeyd edib.
Ronaldunun Portuqaliya millisində uzun illər komanda yoldaşı olmuş Bernardu Silva isə ona təşəkkürünü bildirib.
“Bu qədər il səninlə birlikdə oynamaq mənim üçün böyük qürur və zövq idi. Sən hamımız üçün ilham mənbəyisən. Hər şeyə görə çox sağ ol, Kriştianu!” - deyə yarımmüdafiəçi sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Ronaldu Portuqaliya millisində 234 oyuna çıxıb, 146 qol vurub və 45 məhsuldar ötürmə edib. O, yığma ilə 2016-cı ildə Avropa çempionu olub, 2019 və 2025-ci illərdə isə UEFA Millətlər Liqasının qalibi adını qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 06 Noyabr 2026 01:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















