Icma.az
close
up
RU
Ailə büdcənizi yenidən qurun: Bu mallarda bahalaşma olacaq

Ailə büdcənizi yenidən qurun: Bu mallarda bahalaşma olacaq

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda baza ssenarisi üzrə illik inflyasiyanın 2026-cı ildə 6,1 %, 2027-ci ildə isə 5,8 % olacağı gözlənilir. 

Azərbaycan Mərkəzi Bankın(AMB) məlumatına görə bundan əvvəl qurum illik inflyasiyanın 2026-cı ildə 5,9 %, 2027-ci ildə isə 4,5 % olacağını bəyan etmişdi.

"İllik inflyasiya hədəf daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 

2026-cı ilin iyun ayında 12 aylıq inflyasiya 5,8 % təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1 %, ödənişli xidmətlər üzrə 5,6 %, qeyri-qida məhsulları üzrə isə 3,8 % olub. İllik baza inflyasiya 5,5 % təşkil edib. İllik inflyasiyanın 2027-ci ilin II yarısından hədəfə qayıdacağı gözlənilir. 

2026-cı ilin sonuna gözlənilən inflyasiyanın hədəfdən kənarlaşması proqnoz xətası səviyyəsindədir. İnflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi əsasən birbaşa və dolayı xarici mənşəli xərc amillərinin təsirlərinin fəallaşmasından irəli gəlir ki, bu da ortamüddətli dövrdə qalıcı xarakter daşımır. 

Mürəkkəbləşən qlobal geosiyasi mühitdə enerji və ərzaq qiymətlərinin yüksəlməsi və bu yolla ticarət tərəfdaşı olan ölkələrdən inflyasiya idxalının genişlənməsi riski yüksək olaraq qalır. Tərəfdaşlardakı inflyasiyanın daxili qiymətlərə ötürülməsi manatın nominal effektiv məzənnəsinin möhkəmlənmə dinamikasından da asılı olacaq. 

Növbəti dövrdə AMB-nin inflyasiya proqnozlarının dəyişmə ehtimalı əsasən bu risklərin reallaşma miqyasına bağlıdır. Daxili tələb amillərinin isə mövcud fiskal və pul siyasəti fonunda inflyasiya təzyiqləri yaratması ehtimalı yüksək deyil", - deyə AMB bəyan edib. 

İnflyasiya proqnozunun yüksəlməsi əhalinin gündəlik xərclərinə necə təsir edəcək? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, inflyasiya proqnozunun yüksəldilməsi yaxın dövrdə qiymət artımlarının əvvəl gözlənildiyindən bir qədər yüksək olacağı ehtimalı yaradır: 

“Bu, əhalinin gündəlik xərclərinə, xüsusilə də gəlirləri sabit olan ailələrin büdcəsinə əlavə təzyiq yarada bilər. Əgər əməkhaqqı və sosial ödənişlər inflyasiya ilə eyni tempdə artmazsa, alıcılıq qabiliyyəti zəifləyəcək, ailələr əvvəlki qədər mal və xidmət ala bilməyəcəklər. 

Bahalaşmanın daha çox ərzaq məhsullarında hiss olunacağı gözlənilir. Çünki qlobal bazarlarda ərzaq və enerji qiymətlərində baş verən dəyişikliklər Azərbaycana da təsir edir. Xüsusilə ət və süd məhsulları, bitki yağı, şəkər, çay, qəhvə, taxıl məhsulları və idxaldan asılı olan digər ərzaq mallarında qiymət artımı riski daha yüksəkdir. 

Enerji və yanacaq xərclərinin artması isə nəqliyyat, logistika və istehsal xərclərini yüksəldərək digər məhsul və xidmətlərin də qiymətinə təsir göstərə bilər”. Onun sözlərinə görə, ödənişli xidmətlər sahəsində də müəyyən bahalaşma ehtimalı qalır: 

“Nəqliyyat, ictimai iaşə, təhsil, səhiyyə, məişət xidmətləri və kirayə bazarında qiymətlər xərclərin artmasına uyğun olaraq yüksələ bilər. Qeyri-ərzaq məhsullarında bahalaşma nisbətən zəif olsa da, idxaldan asılı olan məişət texnikası, elektronika, geyim və tikinti materiallarında qiymət dəyişiklikləri mümkündür”. 

Ekspert qeyd edib ki, bununla yanaşı, AMB-nin qiymətləndirməsinə görə, inflyasiya əsasən xarici amillərin təsiri ilə yüksəlir: 

“Daxili tələbin qiymətlərə ciddi əlavə təzyiq yaratması gözlənilmir. Əgər qlobal enerji və ərzaq bazarlarında vəziyyət sabitləşərsə, inflyasiya təzyiqləri də tədricən zəifləyə bilər. 

Buna görə də qiymət artımının miqyası əsasən beynəlxalq bazarlardakı proseslərdən və idxal inflyasiyasının səviyyəsindən asılı olacaq”. 

Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: inflyasiya Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Avqust 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri