Bu sahədə bahalaşma olacaq
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hörmüz boğazının blokadaya alınması dünya ərzaq bazarında bahalaşmaya səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Rusiya üzrə əlaqələndirmə ofisinin direktoru Oleq Kobyakov “RİA Novosti”yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, böhranın təsirləri yalnız hazırkı ərzaq qiymətləri ilə məhdudlaşmayacaq. Nəticələr qarşıdakı əkin və məhsul mövsümlərində də özünü göstərə bilər.
“Bu, 2026-cı ilin ikinci yarısında və 2027-ci ildə ərzaq istehsalının və tədarükünün azalmasına gətirib çıxaracaq”, - Kobyakov deyib. FAO rəsmisi bildirib ki, kənd təsərrüfatında işlər müəyyən qrafik üzrə həyata keçirilir və əkin prosesində hətta bir neçə həftəlik gecikmə belə fermerləri gübrədən daha az istifadə etməyə və ya ümumiyyətlə gübrələmədən imtina etməyə məcbur edə bilər. Bu isə sonrakı mərhələdə məhsuldarlığın azalmasına səbəb olur.
Kobyakovun sözlərinə görə, böhranın yaratdığı zəncirvari şoklar ərzaq qiymətlərini daha da yüksəldə və artıq uzunmüddətli və ya kəskin ərzaq böhranı yaşayan ölkələrdə aclıq problemini ağırlaşdıra bilər. Beləliklə, Hörmüz boğazındakı vəziyyət yalnız enerji bazarına deyil, qlobal ərzaq istehsalı və qiymətlərinə də ciddi təsir göstərə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 15 Sentyabr 2026 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















