Icma.az
close
up
RU
“Ailə dəyərləri yox olmayıb, onlara münasibət dəyişib” SOSİOLOQ

“Ailə dəyərləri yox olmayıb, onlara münasibət dəyişib” SOSİOLOQ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

”Ailə institutu hazırda dünyada ciddi sosial transformasiya mərhələsindən keçir. Bu proses ailə münasibətlərinin qurulmasına, nikah yaşına, uşaqların sayına, valideyn-övlad münasibətlərinə və ənənəvi dəyərlərə yanaşmaya təsir göstərir. Əvvəllər ailələr daha çox valideynlərin razılığı, ənənələr və ictimai normalar əsasında qurulurdusa, müasir dövrdə gənclər şəxsi seçimə, azadlığa və emosional bağlılığa üstünlük verirlər”.

Bu fikirləri Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynli SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, ailə dəyərlərinin yox olduğunu demək düzgün deyil, sadəcə olaraq həmin dəyərlərə münasibət dəyişib:

”Müasir gənclər ailə qurmazdan əvvəl təhsil almağa, iş imkanları yaratmağa və karyera qurmağa daha çox önəm verirlər. Bu səbəbdən nikah yaşı yüksəlir. Xüsusilə kişilər arasında ailə qurma yaşı 28-32 yaş aralığına çatır. Eyni zamanda, çoxuşaqlı ailə modelindən azuşaqlı ailə modelinə keçid müşahidə olunur və bu tendensiya getdikcə dərinləşir.

Ekspert qeyd edib ki, rəqəmsallaşma, sosial şəbəkələr və miqrasiya prosesləri də ailə institutunun transformasiyasında mühüm rol oynayır. Xaricdə yaşamağa və işləməyə üstünlük verən gənclərin sayının artması, informasiya mühitinin genişlənməsi ailə münasibətlərinə və ənənəvi dəyərlərə yanaşmanı dəyişdirir. Bununla yanaşı, müasir valideynlər övladlarına əvvəlki dövrlərlə müqayisədə daha həssas yanaşırlar.

İ.Hüseynli vurğulayıb ki, dəyişən sosial reallıqlar fonunda dövlətin ailə siyasəti də yeni çağırışlara uyğun qurulmalıdır. Onun fikrincə, gənc ailələrin sosial dəstəklənməsi, uşaqların və qadınların hüquqlarının müdafiəsi, demoqrafik siyasətin gücləndirilməsi vacib məsələlərdir. Uşaqların sayının azalmasının qarşısını almaq üçün yeni qurulan ailələrə dəstək proqramları hazırlanmalı, uşaq pulu da daxil olmaqla sosial yardım mexanizmləri tətbiq edilməlidir. Eyni zamanda, məişət zorakılığına qarşı mübarizə gücləndirilməli və bu sahədə qanunvericilik mexanizmləri təkmilləşdirilməlidir.

Mərkəz rəhbəri dayə xidmətlərinin də müasir ailələr üçün aktual məsələyə çevrildiyini diqqətə çatdırıb. Bildirib ki, işləyən gənc ailələrin sayının artması uşaqlara qayğı xidmətlərinə tələbatı yüksəldir. Lakin Azərbaycanda dayə institutunun hələ tam formalaşmaması müəyyən problemlər yaradır. Bu sahədə peşəkar xidmətlərin və nəzarət mexanizmlərinin inkişaf etdirilməsinə ehtiyac var.

Ekspertin qənaətinə görə, ailə institutunda transformasiya prosesi bundan sonra da davam edəcək. Yeni sosial reallıqların yaratdığı çağırışlara hazır olmaq, ailələrin sosial müdafiəsini gücləndirmək və ənənəvi dəyərlərlə müasir həyat tərzi arasında sağlam tarazlıq yaratmaq vacibdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Noyabr 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri