Icma.az
close
up
RU
“Ailə mədəniyyəti” kanalının yaradılması əla fikirdir Sosioloq

“Ailə mədəniyyəti” kanalının yaradılması əla fikirdir Sosioloq

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda mədəniyyətlə bağlı bəzi televiziya kanalları və proqramlar mövcuddur (məsələn, Mədəniyyət kanalı), lakin konkret olaraq ailə mədəniyyətinə fokuslanan, bu sahədə maarifləndirmə aparan və dəyərləri təbliğ edən ayrıca bir televiziya kanalı hələ yaradılmayıb.


Bunu Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin dünən keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatının müzakirəsi zamanı deyib. Deputat qeyd edib ki, Azərbaycanda bütün telekanallar zorakılıq, məişət problemləri, gender məsələlərinə diqqət ayırıb: “Lakin bu, kifayət deyil. Necə ki, Mədəniyyət kanalı var, eyni zamanda ailə kanalı da yaradılmalıdır. Ailə mədəniyyəti kanalı yaradılsa, yerlərdə də problemlər azalar".


Sosioloq-jurnalist Lalə Mehralı da “Sherg.az”a çıqlamasında ailə mədəniyyəti kanalının yaradılmasının əla fikir olduğunu deyib: 

“Belə bir kanalın yaradılması milli-mənəvi dəyərlərə, ailə institutuna böyük dəstək vermiş olar. Ailə milli-mənəvi dəyərlərin ötürüldüyü ilk sosial mühit olduğundan gənc nəslin tərbiyəsi, etika normaları, milli identitet və mənəviyyat məhz ailədə formalaşır. Bu baxımdan, ailə mədəniyyətinin təbliği ümummilli əhəmiyyət daşıyır. Müasir dövrdə ailə institutu müxtəlif təzyiqlərlə üz-üzədir – sosial şəbəkələr, yad mədəni təsirlər, ailədaxili zorakılıq halları və boşanma statistikasının artması ailə mədəniyyətinin zəiflədiyini göstərir. Bu kimi problemlərin qarşısını almaq üçün daimi və sistemli maarifləndirməyə ehtiyac var. Belə bir kanal vasitəsilə nümunəvi ailə həyatı, ailə dəyərlərinə sadiqlik, valideyn-övlad münasibətləri, yaşlılara hörmət, ailədə qadın və kişinin rolu kimi mövzular ictimaiyyətə müsbət nümunələrlə çatdırıla bilər".


Sosioloqun fikrincə, kanal yalnız televizion verilişlərlə məhdudlaşmamalı, geniş maarifləndirmə və diskussiya platforması rolunu da oynamalıdır. Onun sözlərinə görə, belə bir televiziya kanalının yaradılması, Azərbaycan cəmiyyətində ailə institutunun möhkəmləndirilməsi, milli dəyərlərin qorunması və sağlam nəsil tərbiyəsi baxımından strateji addım olar:


"Bu təşəbbüs həm dövlət səviyyəsində, həm də ictimai təşkilatlar və medianın birgə əməkdaşlığı ilə həyata keçirilə bilər. Lakin kanalı mütləq xalqın, millətin kanalına çevirmək lazımdır. Bu kanalın aparıcıları, verilişlərdə çıxış edən ekspertləri belə milli-mənəvi dəyərlərimizə sadiq, ailə institutuna dəyər verən, uzun müddətli ailəsi olan insanlar seçilməlidir. Ailə mədəniyyəti kanalında vətəndaş nikahında yaşayan birinin veriliş aparması birmənalı qarşılanmaz və kanalın əhəmiyyətini itirər. Rayonlarda, kəndlərdə uzunömürlü ailəsi olan insanları tapıb danışdırmaq, onların həyat hekayələrini cəmiyyətə təqdim etmək çox gözəl effekt verər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 May 2025 07:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri