AİLƏ FACİƏSİ: Qayınana gəlinini güllələdi
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Meksikada keçmiş gözəllik kraliçası Karolina Flores Qomes yaşadığı mənzildə başından güllə yarası almış halda ölü tapılıb.
Bizim.Media xəbər verir ki, Reporte Indigo nəşrinin yazdığına görə, istintaqın diqqəti əsasən onun qayınanası üzərində cəmlənib.
Meksiko prokurorluğu hadisəni qəsdən adamöldürmə kimi qiymətləndirib.
Məlumata görə, 2017-ci ildə Aşağı Kaliforniya ştatında “Miss Teen Universe” titulunu qazanan Qomesin aprelin 15-də güllələndiyi ehtimal olunur.
Polisin məlumatına əsasən, faciə baş verən zaman o, evdə həyat yoldaşı Alexandro Qomes və onun anası Erika Mariya ilə birlikdə olub.
İstintaq çərçivəsində diqqət çəkən məqamlardan biri də atışma barədə polisə yalnız aprelin 16-da - ehtimal edilən qətldən bir gün sonra məlumat verilməsidir. Bu gecikmə hüquq-mühafizə orqanlarında əlavə suallar doğurub.
Bildirilib ki, Karolina Flores Qomes hadisədən az əvvəl ad gününü qeyd edib. O, 1999-cu il aprelin 4-də Ensinada şəhərində anadan olub.
Ştatın qubernatoru Marina del Pilar Avila bəyan edib ki, bu işin araşdırılması prioritet məsələdir.
“Heç bir qadına qarşı törədilən cinayət cəzasız qalmamalıdır. Bu ağır anda ailəyə başsağlığı veririk”, - deyə o bildirib.
Qeyd olunur ki, hadisə Meksikada qadınlara qarşı zorakılıq və qurbanlar üçün ədalətin yetərincə təmin olunmaması ilə bağlı ictimai narazılığın artdığı bir vaxta təsadüf edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 23 Aprel 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















